• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Listlərlə iş

Bu dərsdə biz sənədin listlərilə işləməyi öyrənəcəyik. Listlərin hər birinin öz adı vardır. Bu ad unikaldır və 1 kitabda eyni adda yalnız 1 list ola bilər. Listin adını dəyişmək üçün listin yarlıkının üzərində mausun sol düyməsini 2 dəfə klik etmək lazımdır. Listin adı 31 simvoldan artıq olmamalıdır. Eyni kitab daxilində listin yerini dəyişmək üçün mausun sol düyməsini həmin listin yarlıkının üzərində basılı saxlayaraq istədiyiniz yerə sürüşdürməklə etmək mümkündür. Kopyalamaq üçün isə bu prosesi CTRL düyməsini basılı saxlayaraq etmək lazımdır. Bu zaman yarlıkın işarəsi və nişangah da əks olunur. Kopyalamaq istədiyimiz yerə çatdıqda isə sadəcə olaraq mausun düyməsini buraxmaq kifayətdir. Kopyalama zamanı kopyalanan list saxlanılmaqla yeni list yaranır. Kopyalanmış yeni listin adı da kopyalanır bu zaman onun adının qarşısında mötərizə daxilində 2 rəqəmi qeyd olunacaqdır. Yerdəyişmə və kopyalama prosesini yalnız bir list deyil həmçinin bir neçə list üzərində də etmək mümkündür. Yerdəyişmə və kopyalamanı biz həmçinin eyni kitab daxilində deyil, həmçinin başqa kitablara da edə bilərik. Kitabdakı yeganə listi pozmaq mümkün deyil.


Əfqanoğlu