• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Microsoft Excel

Excel proqramından cədvəllərin yaradılmasında və hesablama işlərinin aparılmasında istifadə olunur. Ms Office 2007 versiyasından başlayaraq XML dili əsasında faylların yeni formatı da əlavə edilmişdir. Susmaya görə Excel 2007 – də yaradılan sənədlər əvvəlki versiyalarda olduğu kimi .xls genişlənməsinin sonuna X və ya M suffiksləri əlavə edilir. X suffiksi olan sənəddə XML faylının makroslardan istifadə edilmədiyini, M suffiksi isə XML faylında makroslardan istifadə edildiyini bildirir. Buna görə də Excel 2007 və daha yuxarı versiyalarda sənədin adı öyrəşdiyimiz .xls deyil, .xlsx kimi qeyd edilir. XML formatlarının bir çox üstünlükləri vardır, beləki fayl avtomatik sıxılır və bəzi hallarda əvvəlki Excel versiyalarına nisbətən fayl 75 faizə qədər sıxıla bilir və nəticədə faylın ölçüsü az olur. Bu formatın digər üstünlüyü isə zədələnmiş faylların daha yaxşı bərpasını təmin etməkdir. Onu da qeyd edim ki yeni formatlı sənədlər Excel proqramının daha öncəki versiyalarında işləmir. Onların işlənməsi üçün isə onlara ayrıca xüsusi konvertorlar quraşdırmaq lazımdır. Excel sənədi kitab adlanır. Excel sənədi çapdan çıxmayan xanalardan ibarətdir.

Excel yaradıldığı dövrdən artıq bir sıra digər şirkətlərlə iddiası oldu. Ən maraqlı iddialardan biri də onun adı ilə bağlıdır. Beləki, Excel adında artıq başqa bir şirkətə məxsus hesablama işlərinin aparılması üçün nəzərdə tutulmuş proqram artıq mövcud idi. Bu mübahisələri aradan qaldırmaq üçün isə Excel öz adının qarşısına Microsoft sözünü əlavə etməyə məcbur edildi. Beləliklə 80-ci illərdə Excel və Microsoft Excel dedikdə fərqli redaktorlar nəzərdə tutulurdu. Lakin sonrakı dövrdə Microsoft Excel bu məhsul markası problemini öz xeyrinə dəyişə bildi – o Excel şirkətini aldı.

Excel istifadəçiyə ekranda xanaların xarici görünüşünü, şriftlərin rəngini və ölçüsünü dəyişməyə imkan verən ilk hesablama redaktorudur. Excel həmçinin riyazi hesablamada ilk xanalar üzrə ağıllı hesablama funksiyasını təqdim etmiş prosessordu.

1993-cü ildən etibarən Microsoft Excel proqramına Visual Basic əsasında yazılmış Visual Basic proqramlaşdırma dili (VBA) də əlavə edildi. VBA –nın funksionallığı Exceli makrovirusların asan hədəfinə keçirsədə şirkət bu problemi təhlükəsizlik rejiminin əlavə edilməsilə həll edə bildi.


Əfqanoğlu