• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Mübadilə buferi 1

Bir qayda olaraq adətən 1 listdə 1 cədvəl qururlar və adətən listin yuxarı sol hissəsində yerləşdirirlər. Yəni cədvəlin ilk sütunu A sütununda ilk sətri isə 1 sətrində qeyd edilir. Bir neçə ilk sətr cədvəlin adının qeyd edlməsi üçün də istifadə edilə bilər. Yəni cədvəli listin istənilən yerində yerləşdirmək düzgün deyildir. Bu çap zamanı bəzi problemlər yaşada bilər. Exceldə sürüşdürmə üsulu ilə kopyalamaq və yerdəyişmək kimi imkanlar da vardır. Bunun üçün lazımı xananı və ya xanaları qeyd edib kursoru onun istənilən sərhədinə yaxınlaşdırırıq bu zaman kursorun işarəsi dəyişəcək. Mausun sol düyməsini sıxılı saxlayaraq istədiyimiz yerə sürüşdürürük. Kopyalamaq üçün isə eyni qaydada lakin CTRL düyməsini sıxılı saxlayaraq etməliyik. Bu prosesi biz mübadilə buferi vasitəsilə də edə bilərik. Yerdəyişmə etdikdən sonra seçilmiş fraqment köhnə yerindən silinəcəkdir, yeni yerə yerləşdiriləcəkdir. Kopyalanmış fraqment isə öz köhnə yerində qalacaqdır və onun ətrafında hərəkət edən punktir də aktiv olacaqdır. Bu o deməkdirki biz bu fraqmenti bir daha başqa bir yerə də kopyalaya bilərik. Hərəkət edən punktiri ləğv etmək üçün ESC düyməsini sıxmaq lazımdır. Yerdəyişmə və kopyalamanı biz həmçinin klaviaturadan qısa düymələr vasitəsilə də edə bilərik. Fikrimcə bu ən asan üsuldur. Yerdəyişmə üçün kəsmək istədiyimiz sahə qeyd edilir və CTRL+X klavişlərinin kombinasiyası sıxılır, sonra isə yerləşdirmək istədiyimiz xananı qeyd edib CTRL+V klavişlərinin kombinasiyası sıxılır. Kopyalamaq üçün isə eyni qaydada kopyalamaq istədiyimiz sahə qeyd edilir və CTRL+X klavişlərinin kombinasiyası sıxılır, sonra isə yerləşdirmək istədiyimiz xananı qeyd edib CTRL+V klavişlərinin kombinasiyasını sıxırıq.


Əfqanoğlu