• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Mübadilə buferi 2

Yerdəyişmə və kopyalama zamanı əgər biz dolu sahəyə kopyalayıb və ya yerləşdiririksə o zaman həmən sahədəki köhnə məlumat silinir əvəzinə isə kopyaladığımız məlumat qeyd edilir. Lakin ola bilər ki biz elə bir vəziyyətlə qarşılaşaqki bizə artıq mövcud olan sütun və ya sətirlər arasında yeni bir sütun və ya sətir yaradıb ora yerləşdirək və ya kopyalayaq. Bununlada digər sətir və sütunu saxlamış oluruq. Office mübadilə buferində eyni anda 24 fraqment saxlanıla bilər. Bu imkandan istifadə etmək üçün mübadilə buferinin tapşırıq sahəsini əks etdirmək lazımdır. Excel 2007 də mübadilə buferinin tapşırıq sahəsi adətən redaktorun sol tərəfində əks olunur. Sahə ilə işi rahatlaşdırmaq üçün onu sağa və ya sola dartmaq da mümkündür. Bu sahədə mübadilə buferində yığılmış bütün obyektlər əks olunur. İstənilən elementi daxil etmək üçün onun üzərinə bir dəfə klik etmək kifayətdir. Ayrı-ayrı elementləri mübadilə buferindən pozmaq da mümkündür. Kopyalama zamanı biz avtotamamlamadan da istifadə edə bilərik. Bunun üçün kopyalamaq istədiyimiz xananı qeyd edirik və avtotamamlama markerini mausun sol düyməsini sıxılı saxlayaraq sətir və ya sütun boyu sürüşdürürük. Bəzən elə ola bilərki avtotamamlama zamanı kopyalama əvəzinə məzmunun artan və ya azalan ardıcıllıqla tamamlanması baş versin. Bu əsasən rəqəm və tarix kimi məzmunlarda ola bilər.


Əfqanoğlu