• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Rəqəmlərin daxil edilməsi

Biz verilənlərin daxil edilməsi mövzusunu davam etdiririk. Bu dərsimizdə rəqəmləri daxil etmək mövzusuna baxacağıq. İlkin vəziyyətdə sütunların ölçüsünü dəyişməsək o zaman xanaya daxil edilən rəqəmlərdən 11-i əks olunur. Həmçinin bu zaman sütunun ölçüsü avtomatik böyüyə də bilər. Daha çox sayda rəqəm daxil etdikdə isə rəqəmlər eksponensial formatda əks olunacaqdır. Əgər sütunun eni kiçildilibsə və rəqəmlər xanaya yerləşmirsə o zaman xanada onlar # işarəsi kimi əks olunacaqdır. Buna baxmayaraq rəqəmlər formul sətrində və axıcı element kimi kursoru xana üzərinə gətirdikdə əks olunur. Həmçinin xanadakı rəqəmlərin əks olunması üçün şriftin ölçüsünü kiçiltmək və ya sütunun enini böyütmək də olar. Rahatçılıq baxımından böyük rəqəmlərlə işləyərkən onları probel ilə də yazmaq mükündür. Probellə ayrılmış hissələr 1-ci hissəni çıxmaq şərtilə digər hissələr mütləq 3 rəqəmdən ibarət olmalıdır. Əks təqdirdə xanadakı verilənlər proqram tərəfindən rəqəm kimi qəbul edilməyəcəkdir. Verilənlər əgər rəqəmdirsə o zaman onların proqram tərəfindən rəqəm kimi qəbul edilməsi vacibdir. Çünki proqram onu rəqəm kimi tanımasa o zaman rəqəmlərlə iş üçün nəzərdə tutulan Excel imkanlarından istifadə etmək mümkün olmayacaqdır. Bir çox hallarda rəqəmləri xanalara daxil edirsinizsə o zaman onların ölçü vahidlərini qeyd etmək lazım deyil. Əks təqdirdə bu verilənlər rəqəm kimi qəbul edilməyəcək. Buna faiz və valyuta növləri aid deyil. Əlbətdəki bu cür ölçü vahidlərini daxil etdikdə də düzgün daxil etmək lazımdır, əks təqdirdə onlar da rəqəm kimi qəbul edilməyəcəkdir. Xanadakı veriləni pozduqda və həmin xanaya yenidən başqa verilən daxil etdikdə ona ölçü vahidi avtomatik veriləcəkdir. Çünki artıq xana bu cür formatlaşmanı avtomatik özü yadda saxlayıb və əgər bu formatlaşma növü sizi qane etmirsə o zaman xananın formatını özünüz dəyişməlisiniz.


Əfqanoğlu