• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Sənəd üzrə hərəkət

Bu dərsdə biz sənəd üzrə hərəkət etməyi öyrənəcəyik. Excel kitabında bizə lazım olan listə keçmək üçün kitabın aşağı hissəsində lazım olan listin yarlıkının üzərinə klik etmək kifayətdir. Əgər kitabdakı listlərin çoxluğu ilə əlaqədar lazım olan listin yarlıkı bu sətirdə əks olunmayıbsa o zaman listlərin yarlıkları sətrinin sol hissəsində olan yarlıkların sürüşdürməsini təmin edən düymələrdən istifadə edilir. Bu düymələrdən istifadə etdikdə yalnız listlərin yarlıklarının əks olunması dəyişir, listin özü dəyişmir. Əks olunan yarlıkların sayını artırmaq məqsədilə yarlık sətrinin sonundakı veşkanı sağa tərəf dartmaq mümkündür. Həmçinin kitabdakı bütün listlərin tam siyahısına baxmaq da mümkündür. Bunun üçün yarlıkları idarə edən düymələrdən istənilənin üzərinə mausun sağ düyməsini 1 dəfə klik edin. Açılan kontekst menudan lazım olan listi seçin. Yarlıkları bir birindən fərqləndirmək üçün onlara rənglər də vermək mümkündür. Sənəddə xanalar üzrə hərəkət etmək üçün sadəcə mausu həmin xananın üzərinə gətirib mausun sağ düyməsini 1 dəfə klik etmək kifayətdir. Xanalar üzrə hərəkəti həmçinin klaviatura vasitəsilə də etmək mümkündür. Xanalar üzrə hərəkətin digər üsulu isə ünvanlar üzrə yəni xanaların adı sahəsində xananın adını yazıb ENTER düyməsini sıxmaqla baş verir.


Əfqanoğlu