• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Sənədin fraqmentlərinin seçilməsi

Kitabla iş zamanı bir çox əmrlər elementlərin qeyd edilməsi yolu ilə baş verir. Hansısa bir əmri istənilən fraqmentə aid etmək üçün həmin fraqment yəni list, və ya xana və ya diaqramm və s. əvvəlcədən seçilir yəni qeyd edilir daha sonra isə müvafiq əmr yerinə yetirilir. Listləri seçmək üçün onların yarlıklarından istifadə edilir. Seçilmiş yarlıkın rəngi digər yarlıklara nisbətən daha parlaq olur. Cari list hemişə seçilmiş list sayılır. Yanaşı olan bir neçə listi seçmək üçün SHİFT düyməsini sıxaraq seçilmiş listlərə salmaq istədiyiniz listə qədər olan listi seçirsiniz. Bu zaman cari list ilə seçdiyiniz list arasında qalan listlər də seçilmiş olacaqdır. Yanaşı olmağına baxmayaraq konkret listləri seçmək istəyirsiznizsə o zaman CTRL düyməsini sıxılı saxlayaraq seçilmiş listlərə salmaq istədiyiniz listləri yarlılkların üzərinə klik etməklə seçirsiniz. Seçilmiş listlərdən seçilməni imtina etmək üçün sadəcə olaraq seçilmiş listər qrupuna aid olmayan istənilən listin üzərinə klik etmək kifayətdir. Əgər bütün listlər seçilibsə o zaman istənilən listin yarlıkının üzərinə klik etmək kifayətdir. Listdəki hər hansı bir fraqmenti seçmək üçün maus və ya klaviaturadan istifadə etmək həmçinin hər ikisi ilə eyni anda istifadə edərək seçilməni həyata keçirmək mümkündür. Bir xananı seçmək üçün sadəcə içərisi boş xaç olan kursoru həmin xananın üzərinə gətirib mausun sol düyməsini 1 dəfə klik etmək kifayətdir. List üzərində bir neçə xanadan ibarət diapazon fraqmentini seçmək üçün isə mausu seçiləcək fraqmentin seçilmənin başlanacağı küncdəki xananın üzərinə gətirib sol düyməni sıxırıq və sol düyməni buraxmadan lazım olan diapazonda fraqmenti qeyd etdikdən sonra sol düyməni buraxırıq. İstənilən sütunu seçmək üçün sadəcə həmin sütunun başlıq hissəsinə bir dəfə klik etmək kifayətdir. Sətirlərin seçilməsi də analoji xüsusiyyətə malikdir. Listdəki bütün xanaları seçmək üçün sətir və sütunların kəsişməsi sahəsində içərisində üçbucaq olan düzbaclı üzərinə klik etmək kifayətdir.


Əfqanoğlu