• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Sənədin strukturu

Microsoft Excel sənədini kitab adlandırırlar. Excel kitabı ayrı ayrı listlərdən yəni səhifələrdən ibarətdir. Listlərin yarlıkları Excel pəncərəsinin aşağı sol küncündə yerləşmişdir. Susmaya görə yeni yaradılan sənəddə 3 list olur. Kitabda listlər əlavə etmək də mümkündür. Kitabdakı listlərin sayı məhdud deyil, istənilən sayda list yaratmaq mümkündür. Listləri əlavə etməklə yanaşı onları pozmaq da mümkündür. Kitabda listlərin minimal sayı 1-dir. Kitabdakı listləri istəyinizə uyğun sıralaya bilərsiniz. Həmçinin listləri kopyalamaq və ya cari kitabdakı başqa listə və ya başqa kitabdakı hərhansı bir listə köçürmək də mümkündür. Kitabdakı hər listin adı olur. Listlərin adı təkrarlana bilməz. Listlərdə şəkillərin, diaqramların, cədvəllərin və digər obyektlərin qeydiyyatı mümkündür. Listər xanalardan ibarətdir. Bu xanalar sütün və sətirlərin birləşməsindən əmələ gəlir. Bir listdə 16384 sütun vardır. Sütunlar ingilis əlifbasının hərfləri ilə adlandırılır. Bir listdə 1048576 sətir vardır. Sətirlər ərəb rəqəmlərilə adlandırılır. Hər xananın özünün ünvanı yəni istinad yeri vardır. Bu ünvan xananın yaradılması zamanı kəsişən sütun və sətirlərin başlıqlarının adı ilə adlandırılır. Səhifəyə baxış rejimlərini vəziyyət sətrinin sağ küncündəki yarlıklarla idarə etmək mümkündür.


Əfqanoğlu