• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Sənədin yadda saxlanılması

Bu dərsdə biz sənədin yadda saxlanılmasını öyrənəcəyik. Beləki biz mövcud sənədi redaktə etdikdə, hökmən onu yadda saxlamalıyıq. Əks təqdirdə sənədə edilən dəyişikliklər yadda saxlanılmayacaq və sənəd redaktə olunmamış vəziyyətində qalacaqdır. Əvvəlcədən mövcud olan sənəddə hərhansı dəyişiklik etdikdə onu yadda saxlamaq üçün standart alətlər panelindəki disket düyməsini sıxmaq kifayətdir. Mövcud faylı başqa direktoriyada yadda saxlamaq üçün isə Office düyməsini seçirik, daha sonra “Save as” əmrini qeyd edirik. Excel sənədinin yadda saxlanılmasının özəlliklərindən biri də odurki, Excel 2007 də olan imkanların bəziləri daha öncəki versiyalarda olmadığından Excel 2007 də yaradılan faylı köhnə versiyalı Exceldə açdıqda həmin bu yeni imkanlar dəstəklənməyəcəkdir. Sənədi bağlamaq üçün redaktorun sağ yuxarı küncündə x düyməsi sıxılır. Bu zaman sənədlə bərabər redaktor da bağlanacaqdır. Lakin əgər siz yalnız sənədi bağlamaq istəyirsinizsə Office düyməsini sıxıb oradan “Close” əmrini seçirsiniz. Bu zaman sənəd bağlanacaq lakin Excel redaktorunun özü açıq qalacaqdır. Beləliklə bu dərsimizdə biz sənədin yadda saxlanılması üsullarını və formatlarını , həmçinin Excelin daha öncəki versiyaları ilə uyğunluğu haqqında biliklərə sahib olacağıq.


Əfqanoğlu