• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Sütun və sətirlərin ölçülərinin dəyişdirilməsi

Microsoft Exceldə sütunların eni standart şriftlərin sayından asılıdır. Susmaya görə sütunun eni 8.43-ə bərabərdir. Sütunun maksimal eni 255-ə bərabərdir. Sütunun enini 0-a quraşdırdıqda o gizli sütuna çevrilir. Sütunun enini onun başlıq hissəsində sağ sərhəddinin dartılması ilə dəyişdirmək mümkündür. Bu zaman tətbiq edilən ölçü piksellə axıcı element kimi əks olunacaqdır. Sürüşdürmə yolu ilə həmçinin bir deyil bir neçə sütunun da enini qeyd etmək mümkündür. Bu zaman bu sütunların eni bir birinə bərabər olacaqdır. Sütunun eninin verilməsinin bir üsula da vardır. Əgər xanadakı verilənlər üzrə sütunun enini qeyd etmək lazımdırsa o zaman həmən sütunun başlığının sağ küncündə mausun düyməsini 2 dəfə klik etməklə verilənlərin eninə uyğun sütunun enini vermək mümkündür. Microsoft Exceldə sətirlərin hündürlüyü xüsusi ölçü vahidi ilə - punktla qeyd edilir. Bir punkt təqribən 0.35 mm bərabərdir. Susmaya görə sətirin hündürlüyü 12.75 dir. Mümkün maksimal hündürlük 409.5 punktdur. Sətirin hündürlüyünü 0-a quraşdırdıqda o gizli sətirə çevrilir. Sətirin hündürlüyünü onun başlıq hissəsində aşağı sərhəddinin dartılmasilə mümkündür. Bu zaman tətbiq edilən ölçü piksellə axıcı element kimi əks olunacaqdır. Sürüşdürmə yolu ilə həmçinin bir deyil bir neçə sətirin də hündürlüyünü qeyd etmək mümkündür. Bu zaman bu sətirin hündürlüyü bir birinə bərabər olacaqdır. Əgər xanadakı verilənlər üzrə sətirin hündürlüyünü qeyd etmək lazımdırsa o zaman həmən sətirin başlığının aşağı küncündə mausun düyməsini 2 dəfə klik etməklə verilənlərin hündürlüyünə uyğun sətirin hündürlüyünü vermək mümkündür.


Əfqanoğlu