Bu dərsimizdə biz sətir və sütunları əlavə etməyi öyrənəcəyik. Əlavə edilmiş sütun özündən sonrakı sütunun qeydiyyat formatını qəbul edir. Əlavə edilmiş sətir isə özündən yuxarıdakı sətirin qeydiyyat formatını qəbul edir. Sətir və sütunları pozmaq da mümkündür. Əgər bir neçə sütun və ya sətiri pozmaq lazımdırsa o zaman həmən sətir və sütunları qeyd etmək lazımdır. Eyni anda həm sətir həm də sütunu pozmaq mümkün deyil.