• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Tarix və vaxtın daxil edilməsi

Biz verilənlərin daxil edilməsi mövzusunu davam etdiririk. Bu dərsimizdə tarix və vaxtın daxil edilməsi mövzusuna baxacağıq. Microsoft Excel tarixləri 1900-cu il yanvarın 1-i tarixindən başlayaraq qəbul edir. 1900-cu il yanvarın 1-i tarixindən əvvəlki tarixləri isə Excel tarix kimi yox mətn kimi başa düşür. Tarix əlavə edərkən ilk öncə gün sonra ay və il daxil edilməlidir. Rəqəmləri ayırmaq üçün ., -, və ya / işarələrindən istifadə edilməlidir. Sonda isə nöqtə qoyulmur. Əgər daxil ediləcək tarixin ili 1930-cu ilin yanvarın 1-i ilə 2029-cu ilin 31 dekabr tarixləri arasındadırsa o zaman ili yalnız 2 rəqəmlədə qeyd etmək mümkündür. Tarix kimi vaxt da müəyyən qanunauyğunluqla daxil edilməlidir. İlk öncə saat daha sonra dəqiqə və sonda saniyə qeyd edilir. Lakin saniyəni qeyd etməyə ehtiyac duyulmur. Ayırıcı kimi qoşa nöqtədən istifadə edilməlidir və sonda nöqtə qoyulmur. Vaxtı biz həmçinin 12 rəqəmli vaxtla da qeyd etmək mümkündür. Bunun üçün vaxtı qeyd etdikdən sonra probel işarəsi qoyulur və ingilis a və ya p hərfi qeyd edilməlidir. Daxil etdikdən sonra isə onlar AM və PM kimi əks olunur. Xanada eyni anda həmçinin həm tarixi həm də vaxtı qeyd etmək mümkündür, bunun üçün tarix qeyd edilir daha sonra probel qoyulur və vaxt qeyd edilir. Ardıcıllıq əksinə də ola bilər yəni əvvəl vaxt sonra tarix də qeyd edilə bilər, sadəcə olaraq əsas şərt onlar arasında probelin qoyulmağıdır.


Əfqanoğlu