• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Verilənlərin daxil edilməsi

Bu dərsimizdən etibarən biz verilənləri daxil etməyi öyrənəcəyik. Verilənləri birbaşa xanalara və ya formul sətrinə daxil etmək mümkündür. Bunun üçün verilənləri daxil etmək istədiyiniz xananı əvvəlcədən seçməlisiniz, ardından isə ya həmən xanaya birbaşa və ya formul sətrindən verilənləri daxil etmək olar. Verilənləri daxil etdib qurtardıqdan sonra ENTER və ya TAB düyməsi basılır. Ya da ki, ən asan üsulu sadəcə olaraq mausu başqa bir sahəyə klik etmək də mümkündür. Verilənləri daxil edərkən səhv yazılmış simvolları pozmaq da mümkündür. Kursordan soldakı simvolu pozmaq üçün BACKSPACE klavişi, kursordan sağdakı simvolu pozmaq üçün isə DELETE klavişi sıxılır. Bildiyimiz kimi bütün redaktorlarda növbəti sətrə keçmək üçün ENTER düyməsi sıxılır, lakin Excel sənədində ENTER düyməsinə sıxdıqda biz növbəti xanaya keçmiş oluruq. Bir xana daxilində növbəti sətrə keçmək üçün ALT + ENTER düymələrinin kombinasiyasını sıxmaq lazımdır. Verilənləri daxil etməkdən imtina etmək üçün ESC düyməsi sıxılır. Xanada 32767 simvol qeyd edilə bilər. Xanalarda isə 1024 simvol əks olunur. Eyni verilənləri eyni anda bir neçə xanaya daxil etmək mümkündür. Bunun üçün eyni verilənləri daxil edəcəyimiz xanaları qeyd edib verilənləri daxil etdikdən sonra CTRL+Enter klavişlərinin kombinasiyası sıxılır. Eyni verilənləri eyni anda başqa başqa listlərdə olan eyni adlı xanalara da daxil etmək mümkündür. Bunun üçün eyni verilənləri daxil edəcəyimiz listləri qeyd edib verilənləri daxil etdikdən sonra Enter düyməsi sıxılır.


Əfqanoğlu