• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

HTML kursu.Cədvəl - I hissə

Tez-tez olurki bizə web səhifədə cədvəl ilə əks olunan müxtəlif verilənləri qeyd etmək lazım gəlir. Cədvəlləri qurmaq ucun XHTML dilinin tələbinə uygun olaraq CSS ilə aparılmalıdır. Cədvəllərin yaradılmasında TABLE elementindən istifadə edilir. Bu konteyner teqdir. CSS yaranana qədər istənilən web səhifənin əsasını cədvəllər təşkil edirdi. Yəni HTML-də cədvəl yalnız hansısa cədvəli əks etdirmək üçün deyil, saytı onun üzərində yığırdılar. Yəni web səhifənin karkası cədvəllər vasitəsilə yığılırdı. Lakin vaxt gedirdi, dil özü də təkmilləşirdi və aydın olurduki bu cür karkasın yığılması davam edə bilməz. Yəni hər hansısa cədvəli əks etdirmək üçün nəzərdə tutulan cədvəl instrumentindən web səhifələrin karkasının yığılması düzgün və səmərəli deyildi. Nəticədə çoxmərtəbəli kodlaşma yaranırdı, və belə vəziyyətdə qatmaqarışıqlıq yarandığından kodla işləmək həddən artıq çətin və yorucu idi. Digər məqam isə ondan ibarət idiki bu cür yaradılan səhifələr brauzerlər tərəfindən gec yüklənirdi çünki bir birinin daxilində yerləşmiş bir neçə cədvəllərin hesabatını aparmaq vaxt tələb edirdi. Bu problem isə CSS-in yaranması ilə həll edildi, qısa müddət ərzində brauzerlər CSS-i dəstəklədilər və gələcəkdə CSS kursunu öyrənsəniz görəcəksinizki CSS vasitəsilə saytı formatlaşdırmaq, onunla işləmək çox səmərəli və asandır. Bu səbəbdən də cədvəllərdən tam imtina edildi və onlardan yalnız istifadəçi üçün brauzerdə görünəcək yəni, hamımızın bildiyi, başa düşdüyü cədvəllərin əks olunması üçün istifadə edilir.


Əfqanoğlu