• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

HTML kursu.Div və Span elementləri

Biz kurs ərzində biz bütün teqləri və atributları öyrənmədik beləki onlara ehtiyac yoxdur. Çünki HTML dili səhifənin karkasını yaratmaq üçündür, onun formatlaşdırılmasında istifadə olunan element və atributlar köhnəlmişdir, onları CSS əvəz edir və karkası yaratmaq üçün lazım olan bütün teqləri Siz bu kurs ərzində öyrəndiniz. Bu dərsimizdə isə daha 2 teqlə tanış olacağıq. Bu teqlər karkasın yaradılmasında istifadə edilmir əksinə məntiqi teqlərdən və HTML-dən daha çox CSS üçün nəzərdə tutulmuşdur. Əgər Siz biliyinizi daha da artırmaq istəyirsinizsə və CSS kursunu da öyrənmək istəyirsinizsə o zaman bu teqlər CSS üçün nəzərdə tutulmuş teqlərdir və ən çox istifadə olunanlardır. Beləliklə bu teqlər DIV və SPAN teqləridir, qoşa teqlərdir. Bu teqlər özlüyündə özləri heçnə əks etdirmirlər və heç bir dəyişiklik edə bilmirlər. Bu teqlər bir növ görünməyən konteyner yaradırki biz bu konteynerə CSS vasitəsilə təsir edə bilirik və o konteynere daxil olan kontenti format edə bilirik. DIV bloku daha qlobal formatlaşma üçündürsə SPAN xırda formatlaşma üçün nəzərdə tutulub. Məsələn tutaq ki hansısa abzas daxilində hansısa bir və ya bir neçə sözü bu blok daxilinə alıb formatlaşdıra bilərik. Beləliklə biz HTML kursunu sona çatdırdıq. Əgər saytyaratma texnologiyası sahəsində biliklərinizi daha da artırmaq istəyirsinizsə o zaman bizim CSS kurslarını da izləyin. Ümumiyyətlə CSS texnologiyasını da bilməyiniz vacibdir, çünki webmastering sahəsində CSS-siz keçinmək olmur. HTML kursunu isə burada başa vururuq. Ümid edirəm ki, bu kursu bəyəndiniz və sizin üçün nəsə faydası toxundu. Kurslarımızı izlədiyiniz üçün minnətdaram. Gələcək işlərinizdə uğurlar arzularıyam. Sağolun.


Əfqanoğlu