• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

HTML kursu.DOCTYPE elanı

Hər bir HTML sənədinin ilk sətrində DOCTYPE elan gosterilir. Bu element cari sənədin tipini yəni DTD (document type definition) sənədin tipinin açıqlaması, izahını verir. Bu sənəddə qeyd edilən ən birinci sətr brauzerə sənədin hansə tipdə olduğu və onun necə interpritə ediləcəyi barədə məlumat və göstərişlər verir. Bu onun üçün lazımdır ki, bildiyimiz kimi HTML-in bir çox versiyası movcuddur, bundan əlavə HTML dilinə oxşar lakin sintaksis fərqləri olan XHTML (extensible Hyper Text Markup language) yəni genişlənmiş hipermətn nişanlama dili də mövcuddur. Məhz ele buna görə də ilk sətrdə sənədin tipini qeyd etmək lazımdır ki, brauzer onu interpritə edən zaman konkret bilsinki hansı standarta uyğun onu emal edib əks etdirməlidir. Yəni anladığınız qədər bu 1 sətrlik elan çox mühüm əhəmiyyətə malikdir. Biz hər zaman ilk sətrde qısaca olaraq sənədin tipini !DOCTYPE HTML kimi qeyd etdik. Bu brauzerə sənədin HTML5 versiyasında yazıldığını brauzerə xəbər verir. Lakin dediyimiz kimi HTML-in bir çox versiyaları mövcuddur və onların standartlarında bir çox sənədlər yazılmışdır və internetdə bu daha köhnə standartlarda yazılmış saytlar kifayet qədərdir.


Əfqanoğlu