• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Fon

Fonun rəngi istənilən web səhifənin olduqca vacib elementlərindən biridir. Əvvəla fonun rəngi saytın əhval ruhiyyəsini müəyyən edir, həmçinin fonun rənginin düzgün seçilməsi mətnin oxunmasını asanlaşdırır. Fonun rəngi <body> teqinin bgcolor atributu vasitəsilə qeyd edilir. Fonun rəngini həm xüsusi rəqəmli kodla, həm də rəngin adı ilə qeydiyyatını aparmaq mümkündür. Lakin, ad ilə rəngin qeydiyyatı zamanı rənglər standart və məhdud olur. Xüsusi kodla rəngəin qeydiyyatının aparılmasında isə eyni rəngin müxtəlif çalarlarını seçmək imkanı olur. Bu kodları istənilən qrafik redaktordan əldə etmək mümkündür. Kodun qarşısında hökmən # işarəsi qeyd edilməlidir.

Sayta istənilən rəngi vermək mümkün olsada, bir çox saytların qeydiyyatı ağ fon və qara şrift rəngi ilə aparılmışdır. Bu artıq sanki bir standart forması almışdır.

Fon üçün həmçinin səhifənin məzmununa uyğun fon şəkli ilə də qeydiyyat aparmaq mümkündür. Fon üçün şəkil seçərkən bəzi detallara diqqət etmək vacibdir. İlk növbədə fon seçərkən ele bir fon seçmək lazımdırki, bu fon diqqəti çox cəlb etməsin. Yəni səhifəni ziyarət edən qonağın fikrini yayındırmasın və ziyarətçi mətnlə rahat təməsda ola bilsin. Bununla yanaşı fon səhifənin rəng qammasına uyğun olmalıdır. Qəbul etmək lazımdırki səhifədə fon şəkli çəhrayı, mətn şriftlərinin rəngi isə narıncı olarsa çox zövqsüz həmçinin yorucu olacaqdır. Bəli, məhz yorucu! Beləki, fon seçərkən diqqət edəcəyimiz növbəti məqam fon şəklinin həddən artıq parlaq olmamasıdır. Çünki həddən artıq parlaq şəkil yerləşdirsəniz o zaman sizin ziyarətçinizin gözlərinə düşən gərginlik səbəbi ilə tez yorulacaqdır. Məhz bu səbəbdəndirki bir çox saytların qeydiyyatı ağ fon və qara şriftlərlə aparılır. Digər vacib amil isə şəkilin ölçüsüdür. Əlbəttə nə qədər şəkil böyük olarsa bir o qədərdə səhifədə gec yüklənəcəkdir. Hər halda hər istifadəçinin yüksək sürətli internetdən istifadə etməməsi və ya mobil qurğu vasitəsilə sizin saytınızı ziyarət etməsi də istisna hal deyil. Ümumiyyətlə sayt yığarkən siz istifadəçinin rahatlığını təmin etmək məsələsini hər zaman önə çəkməlisiniz. Məhz bu baxımdanda şəkil seçərkən onun böyük olmamasına və həmçinin iri həcmli şəkil formatlarından istifadə olunmamasına diqqət yetirmək lazımdır. Növbəti məqam isə saytın bütün fonunu bir şəkil ilə qeyd etsəniz bu şəkilin ölçüsü böyük olacaqdır və səhifə gec yüklənəcəkdir. Bunun üçün fon şəkli seçərkən kiçik şəkil seçib onun təkrarlanmasını təmin etsəniz o zaman kiçik çəkil tez yüklənəcəkdir təkrarlanma isə ani olaraq baş verəcəkdir. Bu zaman elə bir şəkil seçməlisinizki, onun sərhədləri təkrarlanan şəkilin sərhədi ilə uyğunlaşsın. Əks təqdirdə şəkillərin sərhədləri nəzərə çarpacaq və nəticədə sizin fon şəkliniz pis görsənəcəkdir.

Əgər bütün yuxarıda sadalananlardan sonra siz yenədə fona şəkil qoymaq niyyətində olsanız o zaman bunu <body> teqinin background atributu vasitəsilə edəcəksiniz.

Beləki fon şəkli fon rənginə nisbətən gec yükləndiyi üçün ola bilsinki şəkil yüklənənə qədər mətn oxunmasın. Bu mətnin şriftinin rənginin fon şəklindəki rənglərin qammasına uyğun verilməsilə əlaqədar ola bilər. Bu xoşagəlməz hadisə həmçinin şəkil əks etdirilməsinə qadağa qoyulmuş brauzerlərdə də baş verə bilər. Nəticədə sizin mətniniz oxunmaz hala gələcəkdir. Buna görə də məsləhət görülürki fon şəkli verməklə yanaşı siz həmçinin uyğun fon rəngi də verəsiniz. Əgər şəkil hər hansı səbəbə görə əks olunmasa o zaman fon rəngi sizin mətninizin oxunmasını təmin edəcəkdir. Məsələ əgər siz şəkil qara rəngdədirsə o zaman sizin mətn hər halda ağ rəngdə olmalıdır ki qara şəkil üstündə oxunsun. Bu zaman sizin şəkil yüklənməsə və susmaya görə brauzerlərdə fon rəngi ağ olduğundan və mətninizin rəngi də ağ olduğundan eyni tonlu rənglər üst üstə düşəcək və sizin mətn ozunmayacaqdır. Lakin, siz ıəkil ilə yanaşə fon rənginin qeydiyyatını qara rəngdə versəniz şəkil yüklənməsə belə sizin ağ rəngli mətniniz qara fonda oxunacaqdır.

Susmaya görə sürüşdürmə zolağını hərəkətə gətirdikdə fon şəkli səhifənin məzmunu ilə birlikdə hərəkətə gəlir. Brauzerlər <body> teqinin bgproperties="fixed" atributu vasitəsilə şəkili fona bərkitmək imkanı verirlər. Bu zaman sürüşdürmə zolağını hərəkətə gətirdikdə fon şəkli səhifədə bərkidilmiş vəziyyətdə qalacaq, mətn və səhifənin digər elementləri isə sürüşdürmə zamanı hərəkətə gətiriləcəklər.


Əfqanoğlu