• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

HTML kursu.Meta elementi - I hissə

META teqlər müxtəlif xidməti informasiyaları müəyyən edir. Bir qayda olaraq HEAD elementinin daxilində TITLE elementindən sonra yazılır. META elementinin bir çox atributları mövcuddur. META teqləri 2 qrupa bölünür: HTTP-EQUIV və NAME. HTTP-EQUIV əsasən brauzer üçün, NAME isə axtarış saytları üçün nəzərdə tutulub. Yəni bütün meta teqlər META elemeneti vasitəsilə yaradılır, və yalnız HTTP-EQUIV və NAME atributları və onların məzmunları vasitəsilə fərqlənirlər. META elementlər brauzerə informasiyanın emal olunmasında , axtarış sistemlərinə isə sənədi indeksləşdirilməsində köməklik edir. Siz bilməlisiniz ki, META elementlərin köməyi ilə siz axtarış sistemlərində öz saytınızı raskrutka edə bilərsiniz. Bu meta teqlərin xüsusiyyətlərinin çoxu axtarış sistemlərində sizin saytın indeksasiyasına cavabdehlik edir. Bu çox vacib amildir, beləki siz sayt yaradarkən saytın ziyarətçi sayının çox olmasını təmin etməyə çalışmalısınız. Bu işdə isə sizə META elementi yardimçı olacaqdır.


Əfqanoğlu