• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

HTML kursu.Meta elementi - II hissə

NAME qrupuna daxil olan atributlar da HTTP-EQUIV kimi sənəd haqqında xidməti informasiya təşkil edir. Lakin onda başqa xarakterli informasiya qeyd edilir. Bu məlumatlar brauzerin emalına heç bir təsir etmir, lakin axtarış sistemlərinə lazımi məlumat verirlər. Açar sözlərin saytların axtarış sistemlərində səhifənin tapılmasında mühüm rolu vardır. Açar sözlər düzgün, qısa , konkret və ən əsası səhifənin ümumi məğzini göstərməlidir. Açar sözləri təkrar yazmaq, ifade və ya soz birləşməsi yazırsınızsa bağlayıcı və ya sözönü işlətməyin, beləki onların heç bir əsaslı məntiqi olmur və yalnız yer tuturlar. Adətən axtarış robotları KEYWORD parametrində verilən ilk 200-250 simvolu tanıyır. Sözlərin ardıcıllığı onların əhəmiyyətindən irəli gəlir, vacib olan sözü siyahının əvvəlində qeyd etməyiniz məsləhətdir. Saytınızın hər səhifəsinə səhifənin məğzini açan düzgün seçilmiş açar sözlər yerləşdirsəniz bu sizin saytınızı daha da effektli eder. Hətta əgər səhifələrinizin tematikası eynidirsə yenədə təkrarlanan açar sözlərindən istifadə etməyin, digər açar sözlər yazın, bu sizin saytınızın axtarışında daha effektli olacaqdır. Unutmayın ki, indi axtarış sistemləri yalnız açar sözlərlə yox, səhifə üzrə də axtarış aparırlar. Ona görə də səhifələri yaradarkən və ya açar sözləri yaradarkən açar sözlərin səhifədəki mətnlərə də uyğun olmasına diqqət yetirin, bu zaman sizin səhifə axtarış nəticələrində daha ön yerlərdə ola biler.


Əfqanoğlu