• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

HTML kursu.Video obyektlərin qoşulması

Xarici obyekt deyəndə biz nəyi başa düşürük? Xarici obyekt başqa saytdan sizin səhifənizə qoyulan obyektlərdir, yəni o başqa saytdan yüklənir və prinsip etibarilə sizin serverde olmur. Bu video dərsdə biz misal olaraq youtube ve rutube saytlarından video obyektləri öz səhifəmizə yerləşdirəcəyik. Bunun üçün bizə videonun kodu lazımdır. Bu kodu yootube və rutube kimi saytlar özləri təqdim edirlər. İstənilən obyekt istər xarici istərsə daxili olsun fərq etməz hamısı İFRAME teqi vasitəsilə qoşulur. Bu qoşa teqdir.
Mən əminəmki siz bu cür videoları müxtəlif saytlarda dəfələrcə görmüsünüz və artıq bu cür videoların necə asanlıqla sehifənizə qoşulduğunu da bu video çarxda öyrənə bilərsiniz. İFRAME teqindən fərqli olaraq OBJECT teqi ilə qeyd edilən video daha gec yüklənir. Bu o səbəbdəndirki, IFRAME teqi bir növ pəncərə daxilində pəncərədir yəni, IFRAME teqi bizim sənədimizdə ayrıca bir pəncərə açır hansıki o pəncərəyə başqa səhifə yüklənir. OBJECT teqinə baxsaq bu biraz çətin, ağır teqdir. Burada ayrıca parametrlər verən ayrıca teqlər mövcuddur və bir neçə bu cür teqlər çoxmərtəbəli kodlaşma yaradır. İFRAME elementi ilə yalnız video deyil həmçinin fleş oyun, audio və s. obyektlər də qoşmaq mümkündür.


Əfqanoğlu