Element | |||||
<a> | 1.0 + | 2.1 + | 1.0 + | 1.0 + | 1.0 + |
Bu teq HTML dilinin ən vacib teqlərindən biridir. Onun vasitəsilə istinadlar yaradılır. İstinad yaradarkən nəyin istinad olduğunu və həmin istinadın yerləşdiyi ünvanı brauzerə xəbər vermək lazımdır. Bu href və name atributları vasitəsilə baş verir. href atributu vasitəsilə istinadın ünvanı - yəni URL ( Universal Resource Locator ) qeyd edilir.
HTML | XHTML | teq | |||
---|---|---|---|---|---|
3.2 | 4.01 | 5.0 | 1.0 | 1.1 | qoşa |
<a>...</a>
accesskey | Klaviaturanın düymələri vasitəsilə istinadın aktivləşdirilməsi |
coords | Aktiv sahənin kordinatlarını qurur |
download | Faylın yüklənməsini təmin edir |
href | İstinad ediləcək sənədin ünvanını qeyd edir |
hreflang | İstinad üzrə mətnin dilini müeyyen edir |
name | Sənəd daxilində lövbərin adını qeyd edir |
rel | İstinad olunan və cari sənəd arasındakı münasibət |
rev | Cari və istinad olunan sənəd arasındakı münasibət |
shape | İstinadın formasını müəyyən edir |
tabindex | İstinadlararası keçidin ardıcıllığını müəyyən edir |
target | İstinad edilmiş sənədin açılacağı pəncərini qeyd edir |
title | İstinadın mətninə axıcı element əlavə edir |
type | İstinad olunan sənədin MİME-tipini qeyd edir |
<!DOCTYPE HTML>
<html>
<head>
<title>İstinadlar</title>
<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8">
</head>
<body>
<a href="images/sekil.jpg"> Bu istinad şəkili əks etdirəcəkdir</a>
</body>
</html>