• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

href atributu

Atribut
href1.0 +2.1 +1.0 +1.0 +1.0 +

Xüsusiyyəti

href atributu istinad edilməli olan səhifənin ünvanını qeyd edir. Bu atribut qeyd edilmədikdə <a> elementi istinad olmur. Beləliklə, istinad yaradılarkən onun URL ünvanı hökmən qeyd edilməlidir, bu isə href atributu vasitəsilə edilir. İstinadın başqa bir səhifəyə keçməsi və ya hər hansı bir faylı yükləməsi href atributu ilə qeyd edilən faylın genişlənməsindən asılıdır. Yükləmə zamanı fayl cari səhifədə yüklənir, lakin, buna target atributu ilə başqa parametrlər də vermək mümkündür.

İstinadlar üçün məcburi atributdur.

Məzmun kimi istinad ediləcək faylın tam və ya natamam ünvanı qeyd edilir.

Susmaya görə məzmunu yoxdur.

Dəstəklənmə

HTMLXHTML
3.24.015.01.01.1

Sintaksisi

<a href="URL ünvan">...</a>

Nümunə

<!DOCTYPE HTML>
<html>
<head>
<title>
href atributu</title>
<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8">
</head>
<body>
<p><a href="../../numune/kurs.html">
Natamam ünvan</a></p>
<p><a href="http://onlinekurs.az/numune/kurs.html">
Tam ünvan</a></p>
</body>
</html>


Əfqanoğlu