• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

name atributu

Atribut
name1.0 +2.1 +1.0 + 1.0 +1.0 +

Xüsusiyyəti

name atributu səhifədə lövbər yaratmaq üçün istifadə edilir. Bildiyimiz kimi istinadların bir neçə növü mövcuddur, onlardan biri eyni səhifə daxilində yaradılan istinadlardır. Bu əsasən səhifənin məzmunu çox olduqda istifadəçinin səhifədə işləyərkən rahatlığının təmin olunması üçün çox səmərəlidir. İstifadəçi səhifənin əvvəlinə və ya hər hansı digər hissəsinə bir istinada sıxmaqla keçə bilir. Əlbətdə bu cür istinadları yaratmaq üçün sadəcə olaraq istinad qeyd etmək kifayət deyildir, beləki ənənəvi istinadlarda onun üzərinə sıxdıqda istifadəçini istinadın ünvanında qeyd edilən başqa bir səhifəyə və ya fayla aparır. Bu istinadlar isə eyni səhifədə hərəkət üçün nəzərdə tutulduğundan digər faylın ünvanının qeyd edilməsi əvəzinə həmin səhifədə istinada sıxılan zaman həmin səhifənin müəyyən hissəsinə aparan xüsusi yaradılmış sahə qeyd edilir. Məhz bu sahələrə lövbər deyilir, və istinadda ünvan əvəzinə bu lövbərə verilən ad qeyd edilir. Nəticədə istinada sıxıldıqda o səhifədə lövbər qeyd edilən hissəyə istinadlanmış olur. İstinadın ünvan sətri qeyd edilərkən lövbər adı qarşısında hökmən # işarəsi qeyd edilməlidir. Lövbərə istənilən adı vermək olar. Lakin adları verərkən tematikaya uyğun olmalı və məntiqə əsaslanmalıdır. Siz həmçinin başqa səhifədə olan lövbərə də istinad yarada bilərsiniz. Bunun üçün istinadın ünvan sətrində istinadlanan səhifənin ünvanı qeyd edildikdən sonra # işarəsi yazılır ardınca isə lövbərin adı qeyd edilir. name atributu HTML5 versiyasında dəstəklənmir, onun əvəzinə id atributundan istifadə edilir.

Yalnız lövbər qurularkən məcburi atributdur.

Məzmununu qeydiyyatçı tematikaya uyğun verir.

Susmaya görə məzmunu yoxdur.

Dəstəklənmə

HTMLXHTML
3.24.015.01.01.1

Sintaksisi

<a name="#lövbərin adı">...</a>

Nümunə

<!DOCTYPE HTML>
<html>
<head>
<title>
name atributu</title>
<meta charset=utf-8">
</head>
<body>
<p><a name="yuxari"></a></p>
<p style="height:2500px;">
Burada böyük mətn verilmişdir, sürüşdürmə zolağını aşağı dartın.</p>
<p><a href="#yuxari">
Səhifənin əvvəlinə</a></p>
</body>
</html>


Əfqanoğlu