Atribut | |||||
width | 1.0 + | 2.1 + | 1.0 + | 1.0 + | 3.0 + |
width atributu apletin enini qeyd edir. Qeydiyyat piksellə və ya faizlə aparılır. Əgər apletin eni faizlə qeyd edilərsə o zaman onun ölçüsü, <applet> elementinin yerləşdiyi valideyn konteynerə nisbətən hesablanır.
Məcburi atribut deyil.
Məzmunu: piksel və ya faizlə qeyd edilən istənilən tam və müsbət rəqəm
Susmaya görə məzmunu brauzerlərdə müxtəlifdir. Firefox 240 piksel kimi əks etdirir. Explorer və Opera brauzerləri isə 150 piksel həcmində ölçü verir.
HTML | XHTML | |||
---|---|---|---|---|
3.2 | 4.01 | 5.0 | 1.0 | 1.1 |
<applet width="150 px">Apletin eni</applet>