Element | |||||
<area> | 1.0 + | 2.0 + | 1.0 + | 1.0 + | 4.0 + |
<area> teqi səhifədəki şəkil üzərində image-map yəni aktiv sahələr yaradır. Bu sahələri isə istinada çevirdikdə bir şəkil üzərində bir neçə istinadın qurulması mümkün olur. Məhz bu şəkil və üzərində qeyd edilən aktiv sahələrin məcmusu şəkil xəritə adlanır. Bu cür şəkillər xarici görünüşünə görə adi şəkildən fərqlənməyə bilər lakin onun üzərində görünməyən sahələrə müxtəlif ölçülər və formalar verdikdə həmçinin bu sahələri istinad kimi qeyd etdikdə, o zaman kursoru şəkilin müxtəlif hissələrində klik etdiyimiz zaman həmin sahədəki istinadda qeyd edilən ünvana yönləndirilmiş oluruq. Bu teq həmişə <map> teqinin daxilində yazılır. <area> teqi ordinar teqdir lakin, XHTML dilində onun bağlayıcı cütünün olması vacibdir.
HTML | XHTML | teq | |||
---|---|---|---|---|---|
3.2 | 4.01 | 5.0 | 1.0 | 1.1 | ordinar |
<area >
accesskey | Klaviaturanın düymələri vasitəsilə sahələrə keçidi təmin edir |
alt | Şəkilin sahələri üçün alternativ mətn qeyd edir |
coords | Aktiv sahənin kordinatlarını qurur |
href | İstinad ediləcək sənədin ünvanını qeyd edir |
hreflang | İstinad üzrə mətnin dilini müeyyen edir |
nohref | İstinadsız sahəni qeyd edir |
shape | Sahənin formasını qeyd edir |
tabindex | Tab düyməsi vasitəsilə elementlərarası ardıcıl keçidi təmin edir |
target | Brauzerin sənədi yükləyəcəyi pəncərəni qeyd edir |
type | İstinad olunan sənədin MİME-tipini qeyd edir |
<!DOCTYPE HTML>
<html>
<head>
<title>Aktiv sahələr</title>
<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8">
</head>
<body>
<img src="images/navigate.png" width="640" height="30"
alt="sayt üzrə naviqasiya" usemap="#Naviqasiya">
<p><map name="Naviqasiya">
<area shape="poly" coords="113,24,211,24,233,0,137,0" href="info.html" alt="Məlumat">
<area shape="poly" coords="210,24,233,0,329,0,307,24" href="activity.html" alt="Fəaliyyət">
<area shape="poly" coords="304,24,385,24,407,0,329,0" href="depart.html" alt="Şöbə">
<area shape="poly" coords="384,24,449,24,473,0,406,0" href="techinfo.html" alt="Texniki dəstək">
<area shape="poly" coords="449,24,501,24,525,0,473,0" href="study.html" alt="Təhsil">
<area shape="poly" coords="501,24,560,24,583,0,525,0" href="work.html" alt="İş">
<area shape="poly" coords="560,24,615,24,639,0,585,0" href="misk.html" alt="Müxtəlif">
</map></p>
</body>
</html>