<audio> teqi
Element | | | | | |
<audio> | 3.0 + | 10.5 + | 3.5 + | 3.1 + | 9.0 + |
Xüsusiyyəti
<audio> teqi səhifədə mahnı, səs yazısı və s. kimi səsli axınlara cavab verir. <audio> teqi
səhifəyə səsli yazı əlavə etməklə yanaşı həmçinin onun oxunması və idarə olunmasını da həyata keçirir. Bu teq yeni teqdir və onun qeydiyyatı dilin
HTML5 versiyası ilə aparılır. Bu teqlər daxilində mətn də qeyd etmək mümkündür. Bu zaman <audio> teqi
ilə işləməyən brauzerlərdə audionun əvəzinə bu mətn əks olunacaqdır. Faylın ünvanı src atributu və ya <source> elementi ilə qeyd
edilir. Brauzerlərdə səsli yazını idarə etmək üçün əks olunan oxuducular da xarici görünüşünə görə fərqlənirlər. Lakin onların əsas düymələri -
PLAY/PAUSE, vaxt şkalası, səsin gücünü idarə edən düymə bütün brauzerlərin oxuducularında olur.
Dəstəklənmə
HTML | XHTML | teq |
3.2 | 4.01 | 5.0 | 1.0 | 1.1 | qoşa |
Sintaksisi
<audio>...</audio>
Atributları
autoplay | Səhifəyə yüklənən kimi audio avtomatik oxunur |
controls | Audio fayla idarəetmə paneli əlavə edir |
loop | Audio bitdikdən sonra avtomatik yenidən oxudur |
muted | Audionun səs gücünü söndürür |
preload | Səhifə yüklənərkən audionun nece yüklənəcəyini müəyyən edir |
src | Faylın yerləşdiyi ünvanı qeyd edir |
<audio> elementinin dəstəklədiyi formatlar
Kodek | | | | | |
ogg/vorbis | + | + | + | - | - |
wav | + | + | + | + | - |
MP3 | + | - | - | + | + |
AAC | + | - | - | + | + |
Nümunə
<!DOCTYPE HTML>
<html>
<head>
<title>Audio elementi</title>
<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8">
</head>
<body>
<p>Üzeyir Hacıbəyov - Koroğlu</p>
<audio controls>
<source src="audio/mahnı.ogg" type="audio/ogg; codecs=vorbis">
<source src="audio/mahnı.mp3" type="audio/mpeg">
Audio teqi sizin brauzer tərəfindən dəstəklənmir.
<a href="audio/mahnı.mp3">musiqini yüklə</a>
</audio>
</body>
</html>