• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

HTML kursu.XHTML

XHTML - extensible hiper text markup language sözünün abriviaturasıdır, yəni hiper mətn nişanlanma genişlənməsi dilidir. Bu ele HTML kimi bir şeydir sadəcə olaraq bir az sərt qaydaları, tələbləri vardır və ona bir neçə qaydalar daxil edilmişdirki, hansıki, biz səhifəmizi bu dildə yaradarkən mütləq onlara əməl etməliyik. HTML dilini keçərkən öyrəndiki teqlər qoşa teqlər olur və onlar açıldığı kimi bağlanmalıdır. Lakin, elə teqlər də öyrəndik ki, onlar ordinar teqlərdir və ikinci cütə ehtiyac yoxdur. Yəni sərt spesifikasiyalar yoxdur, bir növ ikili standartlılıq mövcuddur. XHTML dilinə ən əsas qayda ondan ibarətdirki hər bir teq mütləq bağlanmalıdır, hətta ordinar teqlər belə hökmən sonda sleş işarəsilə yazılmalı idilər. Digər qayda ondan ibarət idiki, məzmunsuz olan atributlar hökmən məzmun qəbul etməli idilər. Digər qaydaya görə bütün teq və atributlar balaca hərflərlə yazılmalıdır, lakin, HTML bizə imkan verir ki, biz teqləri istər balaca istərsə də böyük hərflərlə yazaq, bu sənədin brauzerdə əks olunmasında heç bir problem yaratmır. Brauzerlər XHTML-dən fərqli olaraq HTML-də buraxılan səhvlərə loyal yanaşır. Onu da deyimki, hörümçək torunun bu cür sürətlə inkişaf etməsinin əsas səbəbi odurki, HTML də çox sayda insan yazır, bunlardan çoxu həvəskarlar və ya yeni öyrənənlərdir, və bu baxımdan da çox sayda səhvlər buraxırlar. Lakin HTML bu səhvlərə loyal yanaşdığı üçün səhv yazılan kodları belə brauzerlər düzgün əks etdirir.


Əfqanoğlu