• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Məntiq kursu. Məntiq testləri

Məntiq testləri

Bu dərsdən etibarən biz məntiq kurslarına başlayırıq. Bu kursdan magistraturaya və dövlət qulluğuna vakant iş yerlərinə qəbul imtahanlarına hazırlaşanlar yararlana bilərlər.

Bütün məntiq testləri bir neçə şablon qaydalar əsasında tərtib olunur. Bu qaydaları diqqətlə öyrənsəniz o zaman məntiq testləri və onların düzgün cavablandırılması sizin üçün çox asan olacaqdır. Nəticədə bütün məntiq testləri şablon qaydalar əsasında tərtib olunur. Əsas müəyyən qaydalar və onların tərtib olunma mexanizmlərini öyrənmək lazımdır. Çox təəsüf ki bir çoxları hər bir məntiq testinə fərdi yanaşır və bu məntiq testləri üçün hər birinə ayrıca qayda tərtib olunduğunu fikirləşirlər. Əslində belə deyil, məntiq testləri müəyyən şablon qaydalar əsasında tərtib olunurlar.

Burada bir məqama da toxunmaq istərdim. Elə məntiq testləri vardır ki, əsasən verbal məntiq testləri, yəni sözlə bağlı məntiq testləri müəyyən bir qaydalara əsaslansa da burada artıq sizin özünüzün dünya görüşünüzdən də çox şey asılıdır. Məsələn, əgər siz coğrafiyadan zəifsinizsə o zaman hansısa məntiqi qaydanı bilmək lakin coğrafiyadan anlayışınızın olmaması nəticəsində məntiq testləri səhv cavablandırıla bilər. Vəziyyətə uyğun məntiq testləri misal gətirək: məsələn - 5 variantda şəhər adları qeyd edilib və məntiqi qanunauyğunluğu pozan variantı seçmək tələb olunur. Məntiqi qanunauyğunluq isə ondan ibarətdir ki, bu 5 variantda olan şəhərlərdən 4-ü Avropa şəhərləri, biri isə Şimali Amerikada yerləşən şəhərlərdir. Əlbəttə coğrafiyası zəif olan insanlar bunu bilməyəcək və məntiq testləri səhv cavablandırılacaq.

Bu problemlərin həllini bir çoxları məntiq testləri ni əzbərləməklə həll edir, və nəticədə - məntiq testləri vaxt aparır və ya - məntiq testləri çox çətindir kimi həqiqətə uymayan statuslar qazanır. Ona görədə məntiq testləri edərkən ilk növbədə bu şablonların işləmə mexanizmini başa düşməlisiniz. Bu bir neçə məqamı siz dərindən mənimsəyə bilsəniz o zaman məntiq testləri sizə çox asan gələcəkdir.

Məntiqlər bir neçə qrupa bölünür:
Verbal
Fiqurlu
Riyazi


Əfqanoğlu