• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Adobe Photoshop kursu. Giriş

Bu dərsdə biz Fotoşop proqramını öyrənməyə başlamazdan əvvəl qrafika haqqında bir sıra məqamlara toxunacağıq. Gələn dərslərdən etibarən isə biz fotoşop proqramını sıfırdan öyrənməyə başlayacağıq. İnformasiyanın saxlanması və təqdim edilməsindən asılı olaraq qrafiklər özləri iki cür olur - vektorlu və rastroviy. Rastroviy dedikdə pikselli qrafika nəzərdə tutulur. Pikselli qrafiklər setka kimi ayrı ayrı elementlərin birləşməsindən ibarət olur. Bunlara nöqtə və ya piksel də deyilir. Bu cür şəkillərlə işlədikdə hər hansı bir əməliyyat obyektlərlə deyil, piksellərlə aparılır. Hər bir pikselin özünün müəyyən yeri və rəngi vardır. Pikselli şəkillərin keyfiyyəti onların uzunluq vahidinə düşən piksellərin sayından asılıdır. Razreşeniyası böyük olan şəklin keyfiyyəti də yüksək olur. Pikselli şəkillərin üstünlüyü ondan ibarətdir ki, bu cür şəkillər şəkillərin incə qradasiyalarını və rəngini verə bilir. Lakin bu cür şəkillərin ölçüsünü dəyişdikdə onlar verilənlərin müəyyən hissəsini itirirlər. Vektorlu şəkillər isə riyazi düz və əyri xəttlər əsnasında təşkil olunub və vektorlu qrafiklərin ölçüsünü, rəngini dəyişdikdə keyfiyyəti itirilmir. Onlar həmçinin keyfiyyətini itirmədən istənilən ölçüdə və razreşeniyada çap oluna bilərlər. Adətən vektorlu formatlardan logotiplər, emblem və şriftlər ilə iş zamanı istifadə edirlər. Fotoşop vasitəsilə siz hər iki tipli fayllarla işləmək imkanı əldə etmiş olursunuz. İndi isə kompyüter qrafikində digər vacib amillərdən olan rəng modelindən danışaq. Rəng modeli şəkildə istifadə olunan rənglərin, kanalların sayını müəyyən edir. Bu və ya digər modelin istifadəsi şəkilin hansı məqsəd üçün istifadə ediləcəyindən asılıdır və müəyyən alətlərin istifadəsinə məhdudiyyət qoya bilər. Həmçinin bu şəkilin hansı fayl formatında yadda saxlanılmasında da məhdudiyyət olacaqdır. Fotoşop istənilən 8 model yəni rəng rejimləri ilə işi dəstəkləyir. Indi isə bu rejimlər haqqında danişaq Grayscale – bu rejimdə olan şəkillər qara rəngin müxtəlif səviyyələrindən ibarət olur. Hər piksel üçün müəyyən səviyyəli rəng təhkim olunur. Bu rəng səviyyələri 0% yəni tam ağ və 100% yəni tam qara arasında dəyişir. Grayscale rejimi adətən ağ-qara şəkillərdə istifadə edilir. Bitmap rejimində şəkildəki piksellər yalnız 2 rənglə rənglənir – ağ və ya qara. Və yalnız bir kanaldan ibarət olur – qara. Bunun sayəsində hər bir piksel yalnız 1 bit sahə tutur və şəkilin böyük razreşeniyası olmasına baxmayaraq kompüterin yaddaşında çox az yer tutur. Fotoşopda şəkili bitmap rejiminə çevirməkdən ötrü əvvəlcə onu grayscale rejiminə çevirmək lazımdır. Bu rejimlə iş zamanı bir çox redaktə əməliyyatları mümkün olmayacaq. Duoton yəni dupleks rejimi yarımtonlu rənglər bazasında yaradılır. Bu rejim yalnız bir kanaldan ibarət olur. RGB color şəkillərində rənglərin formalaşması, ekrana və çapa verilməsi 3 kanalda baş verir – qırmizi (red), yaşıl (Green) və göy (Blue). RGB rəng modelində hər rəngin verilişində hər bir pikselin parlaqlıq vahidi verilir. Məsələn kanala 8 bit rəng dərinliyində olan şəkildə hər bir komponentin parlaqlıq vahidi 0-dan 255-ə qədər dəyişir. Bu modeldə ağ rəng bütün komponentlərdə parlaqlıq vahidi 255-ə uyğun gəlir. Qara rəng isə 0-a uyğun gəlir. Kanala 8 bit rəng dərinliyi 16.7 milyon rəng əks etdirməyə imkan verir. Bu vəziyyətdə rəng barədə bütün informasiya 24 bit təşkil edir. CMYK modelində (buna CMY da deyilir) pikselin rəngi baza rənglərin faiz nisbətində verilir. Baza rənglər dedikdə bunlar mavi (CYAN), purpur (MAGENTA) və sarı (yellov)-dır. Bunlar poliqrafik triadanı yaradırlar və triadnie adlanırlar. CMY rəng modelində verilənlərin səviyyəsi 0%-dan 100%-a qədər diapazonda qeyd edilir. Ağ rəng bütün bu 3 rənglərdə 0% kimi qəbul edilir. hər rəngə uyğun olaraq % göstəricisi qalxdıqca həmin rəngin tündləşməsi qeyd edilir. Müxtəlif ədədbiyyatlarda bu rəng modelindəki K hərfinin mövcudluğu fərqli izah olunur. Beləki bu 3 rəngin qarışmasından - yəni CMY heç cür qara rəng alınmır və bu səbəbdən qara rəng ayrıca olaraq bu modeldəki üçlüyə əlavə olunur. bəzi ədəbiyyatlarda qeyd edilir ki, K hərfi black sözünün qısaltması kimi istifadə edilir. beləki B qısaltması göy (BLUE) rəngin qısaltması kimi qəbul olunur. Bəzi ədəbiyyatlarda isə K hərfi tipoqrafiyada istifadə olunan Key Plate (yəni çap platası) sözünün qısaltmasını bildirir. LAB rəng modelində parlaqlığa cavab verən komponent mövcuddur – LİGHTNESS. Bu komponent 1-dən 100 vahidinə qədər olan ölçülərdə variasiya oluna bilir. Eyni zamanda bu modelin digər iki komponenti A və B komponentləridir. A komponenti purpur rəngdən yaşıl rəngə qədər B komponenti isə mavi rəngdən sarı rəngə qədər olan diapazonda qeyd edilə bilirlər. A və B komponentlərinin məzmunları -128-dən +127-yə qədər olan vahid diapazonunda variasiya oluna bilirlər. Lab rəng modeli adətən keçid model kimi bir modeldən digər modelə konvertasiya ediləndə istifadə edilir. Növbəti model İNDEXED COLOR modelidir. Indeksləşdirilmiş rənglər modelinə konvertləşdirən zaman 256 rrəngdən çox olmayan 8 bitlik şəkil yaradılır. Konvertasiya prosesində Fotoşop rənglər cədvəli qurur – buna color lookup table (clut) da deyilir. Bu cədvələ şəkillərin rəngləri barəsində məlumatlar indeksləşdirilir və saxlanılır. Bu rejimdə konvertləşən zaman bütün rənglər üçün yer çatmazsa o zaman çatışmayan rənglər ən yaxın rənglərlə əvəz edilir. bu cür şəkillər çox da böyük həcmə malik olmur və adətən elektron sənədlər və veb-qrafika üçün istifadə edilir. Multichannel rejimi cari şəkilləri bir neçə kanala bölmək imkanı verir. Bu kanalların sayı şəkildə istifadə edilən rənglərin sayına bərabər olur. Məsələn RGB rejimini şoxkanallı rejimə keçirərəkən o zaman 3 rəng kanalı yaradılacaq – qırmızı, yaşıl və göy. Bu rejim çox az istifadə edilir.


Əfqanoğlu