• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Adobe Photoshop kursu. Photoshop ilə tanışlıq

Adobe Photoshop kompyuter qrafikası sahəsində professional imkanlar təqdim edən qrafik redaktorlar içərisində lider mövqe tutur. Fotoşopda işləmək bacarığı sizə qrafik dizayn sahəsində hətta sənət əsərləri yaratmaq imkanı verə bilər. əlbətdə burada bacarıqla yanaşı sizin özünüzün fantaziyanız da böyük rol oynayır. əgər bu redaktorda mükəmməl işləmək bacarığınız olarsa Fotoşop sizin fantaziyalarınızı reallığa çevirmək imkanı yaradır. Hal hazırda mən dərsləri Adobe Photoshop CS3 versiyasında keçəcəm. Bu versiyasının istifadəçi interfeysi əvvəlki versiyalara nisbətdə çox rahatdır. Əlbəttə bundan sonrakı çıxan versiyalar da mövcuddur. Lakin Adobe Photoshop CS3 versiyasında öyrənmək bu heç də o demək deyil ki, siz digər versiyalarda işləyə bilməzsiniz. Burada hər yeni versiya çıxanda demək olar ki heç bir dəyişiklik olmur, olsa da cüzi dəyişikliklər olur. Xarici görünüşü, menuların fərqli yerdə yerləşməsi və interfeysə uyğunlaşmağınız az vaxtınızı alacaqdır. Ümumilikdə isə bu redaktorun iş prinsipi – yəni mexanizmi bütün versiyalarda eynidir. Bir versiyanı öyrənən istənilən versiyada işləyə bilər.


Əfqanoğlu