• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

PHP kursu. Denwerin quraşdırılması

Denwerin quraşdırılması

Brauzerlər yalnız HTMl kodlarını başa düşürlər. O zaman PHP kodlu dinamik saytlar brauzerlər tərəfindən necə əks olunur? Bunun üçün PHP interpritatorlar mövcuddur. Bu interpretatorlar PHP kodunu brauzerin başa düşəcək dilə çevirir və bu səbəbdən də PHP kodlu dinamik saytlar da brauzerlər tərəfindən əks olunur.

Bu interpretatorlar serverlərdə mövcud olur. Lakin biz PHP kodlu dinamik sayt yığarkən onu test etmək üçün lokal serverlərdən istifadə edəcəyik. Adından göründüyü kimi bu serverlər lokaldır, yəni yalnız bizim kompyüterimizdə olacaqdır və dünya hörümçək toruna çıxışı olmayacaqdır. Biz bu lokal server vasitəsi ilə saytımızı yığdıqdan sonra isə onu serverə yerləşdirəcəyik. Lokal serverlərin işi bildiyimiz serverlərin işindən heç bir fərqi yoxdur və onların işləməsində heç bir problem olmur. Bu dərsimizdə biz lokal serveri kompyüterimizə yükləyəcəyik. Bu Denwer serveri olacaqdır.

İlk öncə Denweri kompyuterinizə yükləməlisiniz. Denweri rəsmi saytdan yükləmək məsləhətdir. Onu da qeyd edim ki, ola bilsinki, siz Denweri kompyuterinizə yükləyəsiniz lakin, o işləməsin. Bu sizin kompyuterinizdəki Skype proqramından asılı ola bilər. Beləki, Denwer lokal serveri Skype ilə eyni portlarda işlədiyi üçün aralarında konflikt yaranır. Bunun üçün Skype proqramının portlarını dəyişməli olacaqsınız. Bunu necə etməli olduğunuz barədə Denweri yükləyərkən açılacaq brauzer səhifəsində qeyd ediləcəkdir.

Beləliklə Denweri kompyuterinizə uğurla yüklədikdən sonra aşağı panelin sağ küncündə papaq və lələk işarəsi yaranacaqdır. Onu da qeyd edim ki, ola bilərki Denweri kompyuterinizə quraşdırarkən menu hərflər düzgün əks olunmasın yəni sual işarəsi və kvadrat kimi əks olunsun. lakin, bu da problem deyil siz bu videoya baxaraq ardıcıllıqla edilənləri təkrar edin və Denweri kompyuterinizə quraşdırmış olacaqsınız.


Əfqanoğlu