• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

PHP kursu. PHP nədir ?

PHP nədir ?

Bu giriş dərsimizdə və bir neçə sonrakı dərslərimizdə biz PHP dilinin quruluşunu, sintaksisini həmçinin PHP dilinin necə işlədiyini, dəyişilənlərin, funksiyaların nə olduğunu öyrənəcəyik. Həmçinin bizə bu kursu keçmək üçün nələrin lazım olduğunu, hansı proqramlardan istifadə edəcəyimizi və həmçinin bu dildən nələri öyrənəcəyimizi və nələri ötürəcəyimizi danışacağıq.

Beləliklə bu kursun gedişində bizə nə lazım olacaq? Ilk növbədə bizə server lazımdır. Və həmçinin bizə Adobe Dreamviewer proqramı lazım olacaqdır. Bu proqram sayt yaratmaq üçün istifadə olunan proqramdır. Bu proqramda biz həm HTML həm CSS həm də PHP kodlarını qeyd edəcəyik.

Əgər siz PHP kursundasınızsa deməli, siz artıq HTML dilinin nə olduğunu bilirsiniz. Yox əgər HTML dilini bilmirsinizsə, o zaman ilkin olaraq HTML dilini öyrənməlisiniz, beləki, bütün saytlar HTML dili əsasında yığılır. Siz onlinekurs.az saytında HTML dili kursu üzrə video dərslərdən istifadə edərək bu dili öyrənə bilərsiniz.

Əgər sayt HTML dili əsasında yığılıbsa o zaman brauzerin ünvan sətrində səhifənin sonunda .html qeyd olunur. PHP vasitəsi ilə yığılan saytda isə sətrin sonunda php qeyd ediləcəkdir. Beləliklə PHP nədir ? Onun adi HTML səhifələrindən fərqi nədədir? Tutaq ki HTML dili ilə yığılan bir saytımız var və onun 1000 səhifəsi var. Bu saytı biz PHP vasıtəsi ilə yığsaydıq o zaman burada maksimum 10 səhifədən, daha doğrusu 10 fayldan ibarət bir sayt olardı. Sadəcə olaraq PHP vasitəsilə yığılan saytlar bloklara bölünür. Əlbətdə deyə bilərsiniz ki, bu HTML də də bu cürdür yəni səhifə naviqasiya blokuna, başlıq bloka və digər saydbarlara bölünür. Siz haqlısınız, lakin, HTML də PHP dən fərqli olaraq bu bölgü bütün səhifələrdə aparılır. Yəni 1000 səhifəlik HTML saytında blokların bu bölgülərinin hər birinin kodu bütün səhifələrdə qeyd edilir. Bir məqama da toxunum ki, əgər siz bu blokda hansısa bir dəyişiklik etmək istəsəniz o zaman bütün bu 1000 səhifənin hər birində dəyişiklik aparmalısınız.

Belə bir vəziyyətdə PHP-nin üstünlüyü nədir? PHP də bütün bloklar ayrı ayrı səhifələrin fayllarında qeyd edilmir, sadəcə bu bloklar üçün ayrıca fayl yaradılır. Təsəvvür edin ki, hər hansı dəyişiklik etmək istəsəniz sadəcə olaraq 1000 faylda yox 1 faylda dəyişiklik etməklə bütün 1000 səhifəni redaktə etmiş olacaqsınız. Beləki, saytdakı hər bir səhifə istinad yolu ilə bu bloku özünə yüklüyür.

Lakin, PHP-nin imkanları sadəcə bu deyil, siz bu dil vasitəsi ilə saytınız üçün müxtəlif xırda proqramlar da yaza bilərsiniz. Məsələn saat qeyd edilə bilər saytınızda, həmçinin gündəlik təqvim, və yaxud saytınızdakı məqalələrin sayı əks oluna bilən bir hissə qeyd edə bilərsiniz. Bu zaman yeni bir məqalə yazdığınız zaman bu sahə avtomatik olaraq artacaqdır, yəni özünüzün əl ilə qeyd etməyə ehtiyac qalmır. Düşünürəm ki, siz artıq PHP nədir ? sualına cavab tapdınız. Gələn dərslərdən etibarən biz artıq PHP kursu üzrə metodiki dərslərə başlayacağıq.


Əfqanoğlu