• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Power Point kursu.Giriş

Biz yeni kursa başlayırıq, bu kurs MS Office paketinə daxil olan Power Point proqramı üzrə kursdur. Əgər siz Power Point proqramı ilə tanışsınızsa o zaman bu proqramdan qrafiklər, şəkillər, audio və videokliplər vasitəsilə təqdimatların yaradılması üçün istifadə olunduğunu bilirsiniz. Power Point vasitəsilə yaradılan təqdimatları siz compact disklərə, DVDlərə və digər yaddaş daşıyıcılarına yaza, electron poçt vasitəsilə göndərə və həmçinin nümayiş etdirə bilərsiniz. Ilk dəfə bu proqramla tanış olanlara demek istəyirəmki ilk vaxtlarda bu proqram vasitəsilə elektron nümayişləri yaratmaq üçün istifadə edilir. Əsasən də kommersiya məqsədi güdür. Son zamanlarda artıq Power Point o dərəcədə geniş yayılıbki indi hər hansı bir çıxışı təqdimatsız təssəvür etmək mümkün deyil. Beləliklə bu kursumuzdan etibarən biz Power Point proqramı ilə işləməyi və təqdimatların yaradılmasını öyrənəcəyik.Power Point ilə işləməyi öyrənməzdən əvvəl gəlin təqdimat və slayd-şou anlayışlarını ayırd edək. Bunlar tam fərqli anlayışlardır. Slayd-şou bir növ istifadəçi tərəfindən yığılmış slaydların toplusudur. Nə qədər də bu yığım əhatəli olsada o təqdimat sayıla bilməz. Təqdimat isə yalnız slaydların nümayişi deyil həmçinin kommentatorun qeydləri, reklam listləri, bukletlərdən ibarət olur. Yəni əgər təqdimat yəni prezentasiya yaratmaq istəyirsinizsə onda bilməlisiniz ki bu yalnız slaydlarla alınmayacaq. Slayd-şou sadəcə olaraq təqdimatın bir hissəsidir. Power Point vasitəsilə siz yalnız multimediya və reklam təqdimatlarının yaradılması deyil həmçinin çapa da verə bilərsiniz. Biz kursumuzda Power Point 2007 versiyası əsasında öyrənəcəyik. Əgər sizdə başqa versiyadırsa bu da problem deyil. Xirda dəyişikliklər və interfeys sizi çaşdırmasın ümumilikdə bu proqramın tematikası bütün versiyalarda eynidir. 2007 – ci il versiyasından başlayaraq yaradılan fayllar XML genişlənməsinə sahibdirlər. Bu genişlənmə hesabına faylın ölçüsü az olur və zədələnmiş faylları bərpa etmək mümkün olur. Təəsüfki bu cür genişlənməli faylları daha köhnə versiyalı Power Point proqramında xüsusi konvertor proqramı olmadan formatlaşma aparmaq olmur. Power Point redaktorunu yükləmək üçün işçi stolun “Пуск” düyməsini basdıqdan sonra açılan pəncərədən “Программы” bəndindən Microsoft Power Point seçərək yerinə yetirilmə verilir. Yükləməni işçi masadakı proqrama uyğun piktoqramdan və kontekst menunun power point sənədinin işarəsindən də yükləmək olar.


Əfqanoğlu