• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Power Point kursu.Təqdimatın yaradılması

Power Point təqdimatı yaradarkən Siz 2 üsuldan istifadə edə bilərsiniz. Ilk üsul təmiz ağ list istifadə etməklə, ikinci üsul isə mövcüd mövzuya, şablona və ya prezentasiyaya istinadlanaraq yeni prezentasiya yaratmaqdır. Ikinci üsul daha asandır və burada prezentasiya yaratmaq əvəzinə mövcud prezentasiyanı redaktə edərək yenisini yaratmaq daha asan olar. Power Point şablonları orijinal qrafikaya və razmetkaya sahibdirlər. Bu ikinci üsul operativ, cəld təqdimatların yaradılması üçün ən optimal variantdır. Bundan əlavə şablonların istifadəsi stilin eyniliyini təmin edir və bu da təqdimat yaradarkən ən vacib ünsürlərdəndir. Bu səbəbdən Power Point da işləməyi təzə başlayanlar prezentasiya yaradarkən təmiz ağ səhifədən deyil standart şablonlardan istifadə etmələri məsləhətdir. Power Point da çoxlu sayda professional şablonlar mövcuddur. Lakin bununla yanaşı Siz həmçinin daha əvvəlcədən yaradılmış təqdimatın şablonu əsasında da yeni təqdimat yarada bilərsiniz. Bundan əlavə Sizi Power Pointin təklif etdiyi standart şablonlar qane etməsə Sizin internetdən də şablon yükləmək imkanınız vardır. Susmaya görə Power Point açılarkən yeni təqdimatdan açılır. Işçi sahəsindəki sahələr təqdimata mətn daxil edilməsi, şəkil və digər qrafik obyektlərin əlavə edilməsi üçün nəzərdə tutulmuşdur. Bu sahələr prezentasiyanın pəncərəsi adlanır. Prezentasiya sahəsindəki kursor daxil ediləcək mətn və ya digər obyekt daxil edilmə mövqeyində əks olunur. Şablon dedikdə əvvəlcədən yaradılmış təqdimat nəzərdə tutulur. Ola bilsin ki bu Microsoft tərəfindən yaradılıb və yaxud da siz özünüz daha öncədən nə vaxtsa yaratmısınız və bu təqdimatlar bir neçə dəfə istifadə edilməsi üçün nəzərdə tutulur və şablon kimi redaktorda saxlanılır. Bu şablonlar əsasında təqdimat yaradarkən vaxtınıza qənaət edirsiniz çünki bu şablonlarda artıq xarici görünüş, stil və s bu kimi elementlər artıq hazırdır siz yalnız oradakı verilənləri – mətni, cədvəli, qrafik obyektləri və s. redaktə edir, pozub başqası ilə əvəz edirsiniz. Ümumiyyətlə şablonlar müxtəlif xarakterli olduğu üçün siz şablon seçərkən çox diqqətli olmalısınız. Çünki bu prezentasiya sizin ideyanızı tam dolğun çatdırmağı təmin etməlidir. Onlardan bəziləri biznes üçün yararlıdı digərləri təhsilə və s.


Əfqanoğlu