• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Rus dili kursu. Hərflər və səslər

Hərflər və səslər

Bu dərsimizdə biz fonetika mövzusunu araşdıracağıq. Dilçiliyin əsas bölmələri olan fonetikada danışıq səsləri öyrənilir. Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında fəal iştirak edirlər. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında, transkripsiyalarda onlar böyük mötərizə içərisində qeyd edilir.

Bildiyimiz kimi danışıq səsləri fərqli xüsusiyyətlərinə görə 2 növə bölünür: saitlər və samitlər. Rus dilində sait sələrə гласные звуки deyilir, samit səslər isə согласные звуки adlanır. Keçən dərsimizdə dediyimiz kimi rus əlifbasında 33 hərf vardır. Onlardan 10-u sait, 21 samit, 2-si isə ъ və ь hərfləri isə tələffüz edilmir. Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələrə rast gəlinir. Rus dili 33 hərfdən ibarət olmasına baxmayaraq 42 səs vardır, onlardan 6 səs sait 36 səs isə samitdir. Saitlərlə samitlərin səs və hərflərinin sayları da uyğun gəlmir, beləki, yazıda 10 sait hərf olduğu halda cəmi 6 sait səs vardır. Eyni uyğunsuzluq samitlərdə də müşayiət olunur – 21 samit hərf olduğu halda ümumilikdə 36 samit səs vardır. Bu cür kəmiyyət fərqi rus dili yazısının bir sıra xüsusiyyətləri ilə izah olunur.

Sait səslər yalnız səslərdən ibarət olur. Samit səslər isə səslə yanaşı hökmən küydən də ibarət olmalıdır, və yaxud sadəcə küydən ibarət olur. Beləliklə, əgər səsdə küy yoxdursa deməli bu sait səsdir. Dediyimiz kimi rus dilində 10 sait hərf olduğu halda cəmi 6 sait səs vardır. Bunun belə olmağının səbəbi rus dilində 6 sait səs yazıda 10 sait hərf ilə qeyd edilir.

Samit səslər səs tellərinin iştirakına görə 2 yerə bölünür – kar samitlər və cingiltili samitlər. Yəni əgər səs telləri iştirak edirsə bu cingiltili samitlərdir, eştirak etmirsə deməli kar samitlərdir. Eyni ilə Azərbaycan dilində olduğu kimi. Kar samitlərə rus dilində глухие согласные deyilir, cingiltili samitlər isə звонкие согласные adlanır. Bununla yanaşı samit səslər kar və cingiltiliyə görə cütlük təşkil edirlər və bu baxımdan da 2 hissəyə bölünürlər: cütlük təşkil edənlər – парные və cütlük təşkil etməyənlər - непарные.

Eyni zamanda samit hərflər dilin ağız boşluğunda tələffüz zamanı aldığı formaya uyğun olaraq yumşaq və sərt samitlərə də bölünür. Beləliklə samitlər müəyyən xüsusiyyətlərə görə kar və cingiltili, eyni zamanda sərt və yumşaq olurlar. Əgər tələffüz zamanı dilin orta hissəsi yuxarıya doğru qalxırsa o zaman bu samit səs yumşaq səsdir. Sərt samitlərə rus dilində твердые согласные deyilir. Yumşaq samitlər isə мягкие согласные adlanır. Samitlər sərt və yumşaqlığına görə də cütlük təşkil edirlər. Yumşaq samit səslər transkripsiyada apostrof işarəsi ilə qeyd edilir. Bu sizi çaşdırmasın bu apostrof işarəsi transkripsiyada vurğunu yox samit səsin yumşaq olduğunu bildirmək üçün qeyd edilir.


Əfqanoğlu