• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Rus dili kursu. Rus dili əlifbası

Rus dili əlifbası

Salam dostlar. Bu dərsdən etibarən biz rus dili kursuna başlayırıq. Bu kursda biz rus dili qrammatikası ilə yanaşı rus dilində yeni sözlər də öyrənəcəyik. Beləki, hər bir dilin öyrənilməsində qrammatikdan da vacib olan söz bazasıdır. Əlbəttə səlist danışmaq üçün qrammatik cəhətdən düzgün cümlələrin qurulması da vacibdir, lakin hər hansı bir dildə danışmaq üçün ilk növbədə həmin dildə çoxlu sayda söz bilmək lazımdır. Bu səbəbdən də qrammatik dərslərlə yanaşı onlinekurs.az saytında yeni sözlər tədris edən videoları da izləməyiniz vacibdir.

Beləliklə başlayaq. Bu bizim ilk dərsimiz olduğu üçün bu video da biz rus dili haqqında ümumi biliklərdən danışacağıq və rus dili əlifbasını öyrənəcəyik. Ilkin olaraq onu qeyd etmək istəyirəm ki, rus dili Hind-Avropa dil ailəsinin slav dil qrupunun şərqi slavyan dilləri altqrupuna aid olan bir dildir. Rus dili rus xalqının milli dili və BMT-nin 6 rəsmi dilindən biridir. Dünyanın ən çox yayılmış dillərindən biri olan rus dili ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rus dili Rusiyanın dövlət dili, Belarusiyanın ikinci dövlət dili, Qazaxıstan, Qırğızıstanın rəsmi dilidir. Ən çox vətəni olan Rusiyada danışılır.

SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi dil olmasa da, hamısında rus dilli məktəblər var, və yaxud rus dili tədris olunur. Bütün dünyada rus dilində təqribən 300 milyona yaxın insan danışır. Beləliklə bu dili öyrənməklə siz dünyanın bir çox ölkələrində olduqda heç bir dil problem yaşamayacaqsınız.

Yazılı dildə rus dili, kiril qrafikası əsasında tərtib olunmuş əlifbadan istifadə edilir. Beləliklə rus dili əlifbasını öyrənək. 1918-ci ildən mövcud olan rus dili əlifbası 33 hərfdən ibarətdir, onlardan 10-u sait, 21-i samit və 2-si Ь və Ъ hərfləri səs tələffüz etmir. 1942-ci ilə qədər isə rus dili əlifbası cəmi 32 hərfdən ibarət idi, beləki bu ildən etibarən Ё hərfi rəsmi olaraq əlifbaya əlavə edilmişdir. Buna qədər isə Е və Ё hərfləri eyni hərflər kimi qəbul edilirdi. Onu da qeyd edim ki, bu hərfə hətta Rusiyanın Ulyanovsk şəhərində 2001-ci ildə abidə də ucaldılmışdır. Rus dili əlifbası 42 səsdən ibarətdir.

Beləliklə, rus dili əlifbasını öyrənməyə başlayaq. Əlifbanın hər hərfini öyrəndikcə müvafiq hərfə uyğun bir söz də öyrənək. Ümumiyyətlə biz bütün kursun gedişində bacardığımız qədər çox söz öyrənməyi əsas məqsədə çevirməliyik.


Əfqanoğlu