• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Abzasın arxa fon rənginin verilməsi

Abzasın arxa fon rənginin verilməsi

Abzasın arxa fonunun rənginin mətnin hər hansı bir fraqmentinin cəzb olunması üçün istifadə edilir. Arxa fonu bir və ya bir neçə abzasa eyni anda vermək mümkündür. Bu zaman bütün abzas boyu sol sahədən sağ sahəyə kimi arxa fon tamamilə rənglənir.

Fon rəngini tünd rənglərlə qeyd edilməsi məsləhət görülmür. Bu sənədin oxunuşunu çətinləşdirəcəkdir. Fon rəngi tünd rənglə qeyd edilsə o zaman avtomatik olaraq mətnin şriftləri ağ rənglə əks oluna bilər.

Arxa fona rəng vermək üçün bir və ya bir neçə abzası seçin, “Главная” vkladkasının “Абзац” qrupunda “Заливка” düyməsinin ox işarəsini sıxın və açılan alt menudan lazımı rəngi seçin. Mausun kursorun bu siyahıdakı rənglərin üzərinə gətirdikdə ilkin baxış rejimi avtomatik işə düşür və siz seçilmiş abzasın həmin rəng ilə necə əks olunacağı əvvəlcədən görə bilirsiniz. Abzasın arxa fon rəngini ləğv etmək üçün isə “Главная” vkladkasının “Абзац” qrupunda “Заливка” düyməsinin ox işarəsini sıxın və açılan alt menudan “Нет цвета” əmrini seçin.

Mətnin yeni sətrə keçməsi avtomatik baş verir. Lakin bir çox hallarda başlıqların və ya mətnin qeydiyyatı zamanı yeni sətrə keçərkən başlıqların abzasdakı vəziyyətini başqa cür vermək ehtiyacı yaranır. Bu zaman “Абзац” dialoq pəncərəsinin “Положение” vkladkasından istifadə edilir. Bunun üçün abzas qeyd edilir və “Главная” və ya “Разметка страницы” vkladkalarında “Абзац” qrupunun aşagı sağ küncündəki düymə sıxılır. Həmçinin seçilmiş fraqment üzərində mausun sağ düyməsi sıxılır və oradan “Абзац” əmri seçilir. Buradakı “Положение” bölməsində lazımı funksiyaların qarçısına quş işarəsi qeyd edilir. “запрет висячих строк” funksiyası qeyd edildikdə abzasın ilk sətri bir səhifədə digər sətrləri isə növbətisətrə keçirilməsini qadağa edir. Belə vəziyyətdə növbəti sətrə bütöv abzas keçir. Həmçinin belə vəziyyətdə növbəti səhifəyə son sətrin keçməsi də qadağa edilir. Bu zaman son sətrlə yanaşı ondan əvvəlki sətr də növbəti səhifəyə keçmiş olur. Bu cür rejim adətən sənədin bütün mətni üçün qeyd edilir.

“не отрывать от следующего” funksiyası bir abzasın özündən sonra gələn abzasla eyni səhifədə qalmasını təmin edir. Bu istənilən başlıqlar üçün qeyd edilir əsasən. Bu zaman başlıq bir səhifədə ondan sonra gələn isə növbəti sətrə keçmir.

“не разрывать абзац” funksiyası isə abzasın səhifələr arasında bölünməsini qadağan edir.

“с новой страницы” funksiyası isə əsasən iri başlıqlar və adlar üçün istifadə edilir. Bu zaman bu kimi başlıqlar qeyd edilən kimi növbəti sətrdən başlayır.


Əfqanoğlu