• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Abzasların qeydiyyatı

Abzasların qeydiyyatı

Abzas dedikdə basılmış bir ENTER düyməsindən digər Enter düyməsinə qədər olan hissə nəzərdə tutulur. Və yaxud sənədin başlanğıcından ENTER düyməsinə qədər olan hissə də nəzərdə tutulur.

Abzaslar müxtəlif ölçüyə sahib ola bilərlər – bir sətrdən tutmuş bir çox sayda sətrlərə kimi. Həmçinin boş yəni heç bir mətni olmayan abzaslar da mövcüddur. Bu cür abzasları görmək üçün “Главная” vkladkasında “Абзац” qrupundakı “Отобразить все знаки” düyməsini sıxmaq lazımdır. Onu da qeyd edimki, bu simvol redaktorda əks olunsa da çapa çıxmır. Bir abzas üçün parametrlər verildikdə həmin abzasın seçilməsi vacib deyil, kursorun həmin abzasda yerləşməsi kifayətdir. Lakin Siz bir anda bir neçə abzas üçün parametrlər vermək istəyirsinizsə o zaman həmin abzasları seçməlisiniz. Word 2007 abzasların qeydiyyatının aparılması üçün bir çox instrumentləri vardır. Onların çoxu “Главная” vkladkasında “Абзац” qrupunda cəmləşmişdir. Bu instrumentlərin bəziləri mini-alətlər panelində də mövcüddur. Otstupların qeyd edilməsi üçün sənədin üfüqi xətkeşindən də istifadə etmək olar. Həmçinin “Абзац” qrupu “Разметка страницы” vkladkasında da vardır. Bəzi parametrlərin sazlanması üçün isə “Абзац” dialoq pəncərəsindən də istifadə edilir. Bu pəncərəni açmaq üçün istənilən vkladkada “Абзац” qrupunun aşağı sağ küncündəki düyməni sıxın. Və yaxud seçilmiş fraqmentin üzərində mausun sağ düyməsini sıxaraq kontekst menunu çağırıb oradan “Абзац” alt menusunun üzərinə klik edin. Burada abzaslarla iş zamanı əsasən “Отступы и интервалы” vkladkasından istifadə edirlər. Bəzi hallarda isə “Положение на странице” (line and page breaks) vkladkasından istifadə etmək lazım olur.

Ilk oncə gəlin abzasların yerləşməsini təmzimləməyi öyrənək. Abzasların sənəddə yerləşməsini 4 cür tənzimləyə bilərik. – sol tərəfdən, mərkəzdən, sağdan və bütün sətr boyu. Bunun üçün bir və ya bir neçə abzası qeyd edin. Sonra isə “Главная” vkladkasında “Абзац” qrupundakı 4 variantdan birinə cavabdeh olan düymələrdən birini sıxın. Mərkəzdən yerləşməni siz həmçinin mini-alətlər panelindən də qeyd edə bilərsiniz. Bu yerləşmə əsasən başlıqlar üçün istifadə edilir. Sağ tərəfdən yerləşmə isə əsasən imza yerləri üçün qeydiyyat aparılarkən və yaxud hər hansı məktub və ya ərizə formasının başlıq formalarının qeydiyyatı zamanı istifadə edilir. Sol tərfdən və ya bütün sətr boyu yerləşmə isə adətən əsas mətn üçün istifadə edilir. Sətr boyu yerləşmə əslində fraqmentin həm sol həm də tərəfdən eyni anda yerləşməsi deməkdir. Microsoft Worddə bu sözlər arasındakı intervalların məsafəsinin dəyişməsi əsasında baş verir.

Abzasların otstuplarının verilməsi mətnin sənədin sağ və və ya sol sahələrinə uyğun olaraq verilir. Otstupu bütün abzasa, yalnız abzasın birinci sətrinə və ya bütün sətrlərinə vermək mümkündür. otstupun müsbət vəziyyəti mətnin sənədin mərkəzinə, mənfi vəziyyəti isə sənədin kənarlarına sürüşməsi kimi başa düşülür.

Otstupların qeydiyyatı üçün üfüqi xətkeşin bequnkilərində istifadə etmək olar. Bunun üçün bir və ya bir neçə abzası qeyd edin, və onu xətkeş boyunca sürüşdürün. əgər bu sürüşdürməni həyata keçirən zaman ALT düyməsini sıxılı saxlasanız o zaman xətkeş üzərində otstupların və sahələrin dəqiq ölçülər əks olunacaqdır. Mausun sol düyməsini buraxan kimi otstupların qeydiyyatı baş tutmuş olacaq. əgər Siz 0.01 sm qədər dəqiqliklə otstupların ölçüsünü vermək istəyirsinizsə o zaman ən yaxşı variant “Абзац” dialoq pəncərəsindəki “Отступы и интервалы” vkladkasından istifadə etməyinizdir. Bunun üçün bir və ya bir neçə abzası qeyd edin, “Отступ” bölməsindəki “слева” və “справа” sayğaclarında səhifənin sahələrinə uyğun sürüşməni qeyd edin. “первая строка” açılan siyahısından ilk sətrin parametrlərini qeyd edin, “Отступ” və ya “Выступ” bölmələrindən birini seçin. Hər hansı xüsusi qeydiyyatın olmaması üçün və ya ləğv etmək üçün “нет” parametrini seçin. “на” sayğacında isə otstup və ya vistupun lazım olan ölçüsünü qeyd edin. Sağ və sol tərəfdən otstupların verilməsinn ən rahat üsulu “Разметка страницы” vkladkasındakı “Абзац” qrupuna daxil olan “Отступ” bölməsindəki sayğaclardan istifadə etməkdir. Yuxarıdakı sayğac soldan otstupa, aşağıdakı sayğac isə sağdan otstupa cavabdehlik daşıyır.

Sol otstupu dəyişmək üçün həmçinin “Главная” vkladkasında “Абзац” qrupundakı “Увеличить отступ” və “Уменьшить отступ” düymələri ilə etmək mümkündür. Bu düymələr mini alətlər panelində də mövcüddurlar. Adətən bu düymələrdən çoxpilləli siyahılar yaradərkən istifadə edirlər.


Əfqanoğlu