• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Arxa fon rəngi və baş hərflər

Arxa fon rəngi və baş hərflər

Mətnin arxa fonunun rənginin verilməsinin şriftlərin formatlaşması ilə heç bir əlaqəsi yoxdur. Lakin, mətnlə iş zamanı istifadə edilir.

Arxa fon rənginin verilməsi düyməsi “Главная” vkladkasının “Шрифт” qrupunda və mini-alətlər panelində yerləşir. Bu funksiya mətnin hər hansı bir fraqmentinin cəzb olunması üçün istifadə edilir. Bu bir növ kağız sənədlərində rəngli markerlə müəyyən fraqmenti rənglənməinin elektron analoqudur. Arxa fona rəng vermək üçün hər hansı bir fraqmenti seçin, “Главная” vkladkasının “Шрифт” qrupunda və ya mini-alətlər panelində “Цвет выделения текста” düyməsinin ox işarəsini sıxın və açılan alt menudan lazımı rəngi seçin. Mausun kursorun bu siyahıdakı rənglərin üzərinə gətirdikdə ilkin baxış rejimi avtomatik işə düşür və siz seçilmiş fraqmentin həmin rəng ilə necə əks olunacağı əvvəlcədən görə bilirsiniz. Fraqmentin arxa fon rəngini ləğv etmək üçün isə “Главная” vkladkasının “Шрифт” qrupunda və ya mini-alətlər panelində “Цвет выделения текста” düyməsinin ox işarəsini sıxın və açılan alt menudan “Нет цвета” əmrini seçin.

Yəqin ki siz bir çox kitablarda və ya bir sıra məqalələrdə abzasın və yaxud hər hansı bir fəsilin ilk abzasının ik hərfinin böyük verilməsi kimi qeydiyyatla rastlaşmısınız. Bu əsasən dekorativ bir qeydiyyat kimi istifadə edilir. Bu qeydiyyatı həyata keçirmək üçün baş hərfi böyük yazılacaq abzası seçin “Вставка” vkladkasında “Текст” qrupundakı “Буквица” düyməsini sıxın və oradan hər hansı bir vəziiyəti seçin. Vəziyyətlər isə bunlardır : “В тексте” və “На поле” . Mausun kursorun bu siyahıdakı vəziyyətlərin üzərinə gətirdikdə ilkin baxış rejimi avtomatik işə düşür və siz seçilmiş fraqmentin həmin vəziyyət ilə necə əks olunacağı əvvəlcədən görə bilirsiniz. Susmaya görə baş hərf həmin şrift ilə qeyd olunur, onun hündürlüyü isə 3 sətr tutur. Baş hərfin parametrlərini sazlamaq üçün isə “Вставка” vkladkasında “Текст” qrupundakı “Буквица” düyməsini sıxın və oradan “Параметры буквицы” əmrini seçin. Açılacaq “Буквица” dialoq pəncərəsində “Шрифт” açılan siyahısından şriftin növünü, “высота в строках” sayğacından neçə sətrlik yeri tutacağını, “расстояние от текста” sayğacından isə mətndən hansı məsafədə yerləşməsini qeyd edə bilərsiniz. Baş hərf xüsusi çərçivə daxilində qeyd edilir. Bu çərçivəni seçmək üçün əvvəl mausun sol düyməsini baş hərfin üzərində klik edirsiniz, bu zaman baş hərfin ətrafında punktir çərçivə yaranır. Daha sonra isə bu çərçivənin üzərinə elə klik edin ki markerlər yaransın. Bundan sonra isə artıq baş hərfin parametrlərini dəyişmək mümkündür. Markerləri şürüşdürməklə çərçivənin ölçüsünü dəyişdirmək mümkündür, bundan əlavə çərçivədən tutaraq baş hərfi mətnin istənilən yerinə sürüşdürmək də mümkündür. Əgər siz bütün abzası deyil sadəcə ilk sözü seçsəniz o zaman bütün bu söz baş hərf kimi qeyd olunacaqdır. Baş hərfi ləğv etmək üçün isə “Вставка” vkladkasında “Текст” qrupundakı “Буквица” düyməsini sıxın və oradan “Нет” əmrini seçin.


Əfqanoğlu