• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Avtoəvəzləmə

Avtoəvəzləmə funksiyası mətn yığılan zamanı səhvlərin avtomatik düzəldilməsi və bəzi xüsusi simvolların mətnə daxil edilməsi üçün istifadə edilir. Həmçinin bu funksiya hesabına cümlənin ilk hərfi kiçik hərflə yazılsa belə avtomatik olaraq böyük hərflə əvəzlənir. Avtoəvəzləmə Word-ün dəstəklədiyi bütün dillərdə işləyir. Avtoəvəzləmə funksiyasını tez tez istifadə edilən mətn, cədvəl, şəkil və digər obyektlərin daxil edilməsi zamanı istifadə etmək səmərəlidir. Beləki siz artıq mətn yığarkən sadəcə olaraq müəyyən simvolları daxil etdikdə Avtoəvəzləmə funksiyası avtomatik olaraq bu simvolları deyil, bu simvolları əvəz edən qeyd edilmiş mətni daxil edəcəkdir. Bu simvollar hər hansı bir söz və ya abriviatura olmamalıdır, çünki bu sözlərdən istifadə etmək lazım gəldikdə yenidən Avtoəvəzləmə funksiyası işə düşəcəkdir və bu söz deyil onu əvəz edən mətn daxil ediləcəkdir. Ona görədə avtoəvəzlənmə üçün simvollar seçdikdə diqqətli olun. Avtoəvəzlənmənin işləməsi üçün redaktə sahəsində avtoəvəzlənmənin simvollarını daxil edib klaviaturadan “SPACE” və ya “ENTER” düyməsini sıxın. Avtoəvəzlənmə elementi yaradıldığı kompüterdə və konkret olaraq yaradıldığı Microsoft Office versiyasında yaddaşda saxlanılır. Avtoəvəzlənmənin həcmi məhdud deyil və o yalnız mətndən deyil həmçinin şəkil, cədvəl və müxtəlif xüsusi simvollardan ibarət ola bilər.


Əfqanoğlu