• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Cədvəl I

Cədvəl I

Bu dərsimizdən etibarən biz cədvəlləri öyrənəcəyik. Cədvəlləri qeyd etmək üçün “Вставка” menusundan istifadə edəcəyik. Worddə cədvəllərlə işin təşkili üçün “Конструктор” və “Макет” vkladkalarından istifadə edilir. Bu vkladkalar mausun kursoru sənəddəki cədvəlin hər hansı bir xanasında qeyd olunarkən avtomatik əks olunur. Word sənədi Exceldən idxal edilmiş və ya Wordün özündə yaradılmış cədvəllərlə işləmək imkanı verir.

Cədvəl hər zaman kursorun yerləşdiyi yerdən qeyd olunur. Sadə cəldvəlin ani olaraq yaradılması üçün “Вставка” menusundakı “Таблица” düyməsini sıxın və açılacaq tablodan mausun sol düyməsini sıxılı saxlayaraq sizə lazım olacaq sütun və sətrləri sayını qeyd edin. Mausun kursoru bu tablonun üzərində olduqda öncədən baxış rejimi avtomatik işə düşür və siz qeydiyyatı aparılacaq cədvəlin sənəddə necə əks olunacağını əvvəlcədən görə bilərsiniz. cədvəllər sənədin bütün enini tutur və sütunlar bərabər ölçüdə verilir.

Siz həmçinin yaradılan cədvəlin bir sıra parametrlərini də verə bilərsiniz. Bunun üçün cədvəli yaratmaq istədiyiniz yerə kursoru qeyd edin və “Вставка” menusundakı “Таблица” düyməsini sıxın və açılan siyahıdan “Вставить таблицу” əmrini seçin. Açılacaq “Вставка таблицы” pəncərəsində lazımı sətir və sütunların sayını qeyd edin və avtopodbor növünü qeyd edin. “постоянный” rejimi seçiləcəyi təqdirdə cədvəlin enini qeyd etmək olar.


Əfqanoğlu