• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Cədvəl III

Bu dərsimizdə biz cədvəllərin elementlərinin ölçülərini dəyişməyi öyrənəcəyik. Sətirlərin hündürlüyünü tez dəyişmək üçün mausun kursoru iki tərəfə istiqamətlənmiş ox işarəsi yaranana kimi həmin sətrin aşağı sərhədinə gətirmək lazımdır. Bu ox işarəsi yarandıqdan sonra mausun sol düyməsini sıxıb lazımı ölçüyə gətirənədək mausu sürüşdürmək lazımdır. Əgər bu zaman ALT Düyməsini də sıxılı saxlasanız o zaman vertikal xətkeşin üzərində hər sətrin hündürlüyü də əks olunacaqdır. Cədvəldə sətrin hündürlüyünü dəqiqliklə göstərmək üçün isə MAKET kontekst vkladkasından istifadə etmək lazımdır. Sütunların enini də tez dəyişmək mümkündür. Bunun üçün mausun kursoru iki tərəfə istiqamətlənmiş ox işarəsi yaranana kimi həmin sətrin aşağı sərhədinə gətirmək lazımdır. Bu ox işarəsi yarandıqdan sonra mausun sol düyməsini sıxıb lazımı ölçüyə gətirənədək mausu sürüşdürmək lazımdır. Əgər bu zaman ALT Düyməsini də sıxılı saxlasanız o zaman üfüqi xətkeşin üzərində hər sütunun eni də əks olunacaqdır.Cədvəlin sütun və sətrlərini olçülərini eyni anda da dəyişmək mümkündür. bunun üçün kursoru cədvəlin aşağı sağ küncündəki markerin üzərinə elə yerləşdirin ki, o iki tərəfə istiqamətlənmiş ox işarəsinə çevrilsin. Daha sonra mausun sol düyməsini sıxın və sizə lazım olan ölçü üçün sürüşdürün. Sürüşdürmə zamanı mausun kursoru üstəgəl işarəsinə çevriləcəkdir cədvəlin sətrləri isə punktir kimi qeyd ediləcəkdir.


Əfqanoğlu