• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Cədvəl IV

Cədvəl IV

Bu dərsimizdə biz xanaların birləşdirilməsi və ayrılmasını öyrənəcəyik.

Xanaları birləşdirmək üçün 2 və ya bir neçə xananı qeyd edin. Bu xanalar qonşu xanalar olmalıdır və onların seçilməsi bele desək düzbucaqlı formasını almalıdır. Daha sonra “Maket” vkladkasında “Объединить” qrupunda “Объединить ячейки” düyməsini sıxın. Başqa vkladkalarla işləyərkən isə seçilmiş sahədə mausun sağ düyməsini sıxıb açılan kontekst menudan “Объединить ячейки” düyməsini sıxmaqla da seçilmiş xanalar diapazonunu birləşdirmək olar. “Konstruktor” vkladkasında işləyərkən isə xanaları birləşdirmək üçün “lastik” düyməsindən də istifadə etmək olar. Bunun üçün “Нарисовать таблицу” qrupundakı “Lastik” düyməsini sıxın. Bu zaman mausun göstəricisi pozan işarəsinə çevriləcəkdir. Beləliklə birləşdirmək istədiyiniz xanalar diapazonunun sərhəd divarlarını pozanla bir dəfə klik edin və ya mausun sol düyməsini sıxılı saxlayaraq həmin diapazonun sərhədləri üzərində hərəkət etdirin.

Indi isə xanaların ayrılmasına baxaq. Xanaları həm şaquli yəni sütunlar üzrə həm də üfüqi yəni sətirlər üzrə də ayırmaq olar. Xanaları bölmək üçün 1 və ya bir neçə xananı qeyd edin. Daha sonra “Maket” vkladkasında “Объединить” qrupunda “Разбить ячейки” düyməsini sıxın. Açılacaq “Разбиение ячеек” pəncərəsində xananı bölmək istədiyiniz sətr və sütunların sayını qeyd edin.

Cədvəli üfüqi istiqamətdə bölmək mümkündür. bunun üçün yeni cədvəlin başlanmalı olacağı sətrin istənilən xanasına kursoru yerləşdirin. Daha sonra “Maket” vkladkasında “Объединить” qrupunda “Разбить таблицу” düyməsini sıxın. Və yaxud CTRL+SHİFT+ENTER klavişlərindən istifadə edin.


Əfqanoğlu