• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Cədvəl VI

Cədvəllərdə mətnin qeydiyyatı demək olar ki, adi mətndəki kimi olur. Lakin bir sıra fərqliliklər də vardır. Məsələn adi mətndəki kimi cədvəl daxilindəki mətni də sağ, sol və ya mərkəzdən yerləşdirmək mümkündür. Sadəcə olaraq bu yerləşdirmə və otstuplar artıq həmin mətn olan xananın sərhədlərinə uyğun olaraq yerləşdiriləcəkdir. Eyni zamanda adi mətndə edilməsi mümkün olmayan məsələn şaquli yerləşdirmə, mətnin çevrilməsi, mətnin şriftinin avtopodboru və sair bu kimi qeydiyyatların aparılması mümkündür. Susmaya görə xana daxilindəki verilənlər xananın sol yuxarı küncündə yerləşdirilir. Əgər xananın hündürlüyü imkan verirsə o zaman şaquli yerləşdirmədən istifadə etmək mümkündür. Biz mətni xana daxilində yerləşdirməkdən əlavə onu 90 dərəcə yuxarıdan aşağıya və yaxud əksinə də çevirə də bilərik.


Əfqanoğlu