• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Cədvəl VII

Cədvəl VII

Susmaya görə cədvəllər sənəddə sol tərəfdə yerləşməklə, və yandan heç bir mətnin olmaması ilə qeyd edilir. Yəni mətn cədvəlin sağ tərəfindən axıntı kimi qeyd edilmir, cədvəldən sonrakı qeydiyyat cədvəlin altından qeyd edilir. Cədvəli sənədin sərhədlərinə görə yerləşdirilməsi üçün sadəcə olaraq cədvəli qeyd edib “Главная” vkladkasındakı “Абзац” qrupunda olan düymələrdən istifadə etmək lazımdır. Bu zaman mətnin cədvəlin hər hansı bir hissəsindən axıntı kimi qeydiyyatı yenədə baş vermir, olduğu kimi qalır. Mətnin axıntılı olması və eyni zamanda cədvəlin yerinin əyişdirilməsini maus vasitəsilə də etmək mümkündür. Bunun üçün mausun kursorunu cədvəli yuxarı sol küncünə elə gətirin kursor 4 tərəfə istiqamətlənmiş oxa çevrilsin. Bu zaman mausun sol düyməsini sıxın və cədvəli istədiyiniz yerə sürüşdürün.

Siz həmçinin sənəddə cədvəlin dəqiq yerləşməsini də qeyd edə bilərsiniz. Bunun üçün mausun kursorunu cədvəlin istənilən xanasında qeyd edin. “Maket” vkladkasındakı “Таблица” qrupunda “Свойства” düyməsini sıxın. Açılacaq “Свойства таблицы” sahəsindəki “Таблица” vkladkasına keçin və “Обтекание” sahəsində “вокруг” rejimini seçin və “Размещение” düyməsini sıxın. “Размещение таблицы” pəncərəsində “По горизонтали” hansı elementə uyğun olaraq yerləşmənin qeyd ediləcəyi parametrləri seçirsiniz. Analoji olaraq bu “по вертикали” sahəsinə də qeyd edilə bilər.

Mətnin bu cür axıntısını ləğv etmək üçün isə kursoru cədvəlin istənilən xanasında qeyd edin, “Maket” vkladkasındakı “Таблица” qrupunda “Свойства” düyməsini sıxın. Açılacaq “Свойства таблицы” sahəsindəki “Таблица” vkladkasına keçin və “Обтекание” sahəsində “нет” rejimini seçin.

Bəzən elə olur ki, yaradılmış cədvəl uzun olur və bir neçə səhifə yer tutur. Bu zaman gərəkə bilər ki, cədvəlin başlığı hər səhifədə əks olunsun və çapa veriləndə də hər səhifənin başında çap olunsun. Bunun üçün kursoru cədvəlin birinci sətrində qeyd edin, və yaxud əgər başlıq kimi bir neçə sətr istifadə edilirsə o zaman bu sətirləri qeyd edin. “Maket” vkladkasındakı “Данные” qrupunda “Повторить строки заголовков” düyməsini sıxın.

Bəzən elə olur ki bizim cədvəldə qeyd etdiyimiz mətni sadə mətnə yəni cədvəlsiz mətnə çevirmək lazımdır. bunun üçün kursoru cədvəlin istənilən xanasına və yaxud sadə mətnə çevirmək istədiyiniz cədvəlin hər hansı bir diapozununa yerləşdirin və “Maket” vkladkasındakı “Данные” qrupunda “Преобразовать в текст” düyməsini sıxın. Açılacaq “Преобразование в текст” pəncərəsində ayrı ayrı xanalarda yerləşən sözlərin hansı simvola uyğun olaraq ayrılacağını qeyd edin. Bu abzas, tabulyasiya, nöqtəli vergül və yaxud da sizə uyğun olan digər simvolları da seçə bilərsiniz. Bunun üçün “Druqoy” çekboksunu qeyd edib klaviaturadan lazımı simvolu daxil etməlisiniz. Seçilmiş ayırıcıdan asılı olmayaraq cədvəl daxilindəki verilənlər sətr bə sətr ayrılır. Çünki sətrlərin ayırıcısı kimi konkret olaraq abzas götürülür.


Əfqanoğlu