• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Faylın açılması

Faylın açılması

Faylı açmaq üçün “office” düyməsini sıxırıq, açılan menyudan “открыть” əmrini seçirik. Açılacaq pəncərədə faylın yerləşdiyi qovluqdan lazımı faylı seçib “открыть” düyməsini sixiriq, və ya sadəcə olaraq faylın üzərinə 2 dəfə klik edirik. Siz həmçinin eyni anda bir neçə faylı da aça bilərsiniz, bunun üçün açılacaq faylları seçib “открыть” düyməsini sıxmaq kifayətdir.

Daha əvvəllər açılmış faylı açmaq üçün isə Office menyusunun “последние документы” bölməsindən açmaq mümkündür. Daha əvəllər işlənilən faylı həmçinin “пуск” düyməsindən word menyusunu seçirik. Bu zaman ən son işlənilən word fayllarının siyahısı əks olunur.

Worddə həmçinin müxtəlif formatlı faylları da açmaq mümkündür. Susmaya görə faylın açılması pəncərəsində yalnız word faylları əks olunur. Başqa formatlı faylları açmaq üçün açılacaq faylların tipini əks etdirən düyməni sıxırıq, və oradan lazımı formatlı faylları və ya “все файлы” rejimini seçirik.

Beləliklə, məsələn txt və ya rtf formatlı faylları açmaq da mümkündür. Txt formatlı faylları seçərkən sənədin emal olunması zamanı sənədin kodirovkasının seçilməsi üçün sorğu pəncərəsi də açıla bilər.

Word 2003, Word 2002 və ya Word 2000 də yaradılan faylları Word 2007 də açarkən avtomatik olaraq sovmestimost rejimi işə düşür və Word pəncərəsinin başlıq hissəsində isə “режим ограниченной функциональности” yazısı qeyd olunur. Sovmestimost rejiminin qoşulması Word 2007 –nin yeni və genişlənmiş imkanlarının istifadə edilməməsinə zəmanət verir və bununla da Wordün daha əvvəlki versiyaları ilə işləyən istifadəçilər sənədin istənilən hissəsini redaktə edə bilərlər. Onu da qeyd edimki sovmestimost rejimində Word 97-2003 versiyalarında sənədi açmaq, yadda saxlamaq və redaktə etmək mümkün olsada Word 2007 –nin yeni imkanlarından istifadə etmək mümkün olmayacaqdır.

Faylı tez tapmaq üçün faylın açılması pəncərəsinin aşağısında axtarış sahəsi vardır, bu sahəyə axtarılan faylın adını və ya adının bir hissəsini daxil edib axtarış verdikdə o zaman axtarış sahəsinə daxil edilən mətnə uyğun gələn faylların siyahısı əks olunacaqdır. Buradan lazımı faylı seçə bilərik.

Yeni sənəd Word proqramını işə salarkən avtomatik özü yaranır. Yeni boş sənəd və ya müəyyən şablon əsasında yığılan sənəd iş prossesi zamanı yaratmaq mümkündür. Bunun üçün Office düyməsini sıxırıq və “создать” əmrini seçirik. Yeni boş sənədin yaradılması üçün “шаблоны” bölməsindən “Пустые и последние” qrupunu seçirik və “Новый документ” üzərində iki dəfə klik edirik.

Şablon əsasında sənəd yaratmaq üçün isə “Установленные шаблоны” bölməsini seçirik və oradan bizə uyğun olan şablonun üzərinə iki dəfə sıxırıq.

Əgər internetə qoşulmusunuzsa o zaman “Microsoft Office Online” bölməsindən istədiyiniz şablonu seçərək yükləyə bilərsiniz. Bunun üçün lazım olan şablon seçilir və “загрузить” düyməsi sıxılır.


Əfqanoğlu