• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Formatlanmanın təmizlənməsi

Formatlanmanın təmizlənməsi

Bu dərsimizdə biz formatlanmanın təmizlənməsini və eyni qeydiyyat formatı aparılmış verilənlərin seçilməsini öyrənəcəyik. Worddə bütün formatlamanı pozmaq və susmaya görə qeyd edilmiş stilə keçmək də mümkündür. Bu dərsimizdə biz ətraflı bu məsələləri araşdıracağıq.

Bu mövzunu öyrənməyə başlamazdan əvvəl eyni qeydiyyat aparılmış fraqmentlərin seçilməsi məsələsinə də toxunmaq istəyirəm. Beləki, biz eyni qeydiyyat aparılmış yəni eyni formatlaşma aparılmış fraqmentləri ani olaraq seçə də bilərik. Bunun üçün sənədin fraqmentini seçin və bu fraqment üzərində mausun sağ düyməsini bir dəfə klik edin. Açılacaq kontekst menudan “Стили” əmrini seçin və açılan alt siyahıdan “Выделить текст, имеющий такой же формат” əmrini seçin.

Eyni stil ilə qeydiyyatı aparılmış fraqmentləri seçmək üçün “Стили” tapşırıqlar sahəsində stilin adı üzərində mausun sağ düyməsini 1 dəfə klik edib açılan siyahıdan “Выделить все вхождения” əmrini qeyd edin.

Indi isə formatlaşmanın təmizlənməsi məsələsinə baxaq. Worddə bütün formatlaşmanı pozmaq və susmaya görə qeyd edilmiş stilə keçmək də mümkündür. Bunun üçün formatlaşmasını təmizləmək istədiyiniz fraqmenti qeyd edin və “Главная” menusundakı “Шрифт” qrupuna daxil olan “Очистить формат” əmrini seçin.

Bundan əlavə formatlaşmanı təmizləmək üçün “Стили” tapşırıqlar sahəsindən də istifadə etmək olar. Bunun üçün formatlaşmasını təmizləmək istədiyiniz fraqmenti qeyd edin və“Стили” tapşırıqlar sahəsində “Очистить все” rejimi qeyd edin. Bu rejim hər zaman stillərin siyahısının üst hissəsində olur. Formatlaşmanı pozduqdan sonra fraqmentə “Обычный” stili tətbiq olunacaqdır.


Əfqanoğlu