• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Giriş

Giriş

MS Office paketinə bir çox ofis proqramları daxildir. MS Office paketinin tərtibatçısı məhz Windows əməliyyat sisteminin tərtibatçısı olan Microsoft şirkətidir. MS Office paketinə bir sıra proqramlar daxildir- Word, Excell, Power point, Access- bunlar əsas proqramlardır. Həmçinin paketə əlavə proqramlar da daxildir, bunlar – MS outlook, One Note, Publisher, MS Project, Font Page, Visio, İnfopath. MS Office paketi daim yenilənir. Yeni versiyaların çıxması ilə kohnə versiyalarda aşkarlanan sehvlər aradan qaldırılır, proqramın işləklik səmərəliliyi artırılır həmçinin yeni funksiyalar əlavə edilir, bir sozlə daim inkişaf edir. Umumiyyətlə hər yeni əməliyyat sistemi yaradılarkən Ofis paketi də yeniləşdirilir. Ümumilikdə isə bu proqramların təməl strukturunda heç bir dəyişiklik olmur, yəni istənilən versiyanı öyrənsəniz digər versiyalarda da işləyə biləcəksiniz. Xırda dəyişikliklər, fərqli interfeys sizi çaşdırmasın.

Biz bu kursumuzda Word proqramını oyrənəcəyik. MS Office paketinə daxil olan Word mətn redaktoru mətnlərin yığılması, onların redaktəsi, mətn sənədlərinə müxtəlif obyektlərin əlavə edilməsini, çapa çıxarılmasını həyata keçirir. Bu redaktor müxtəlif sənədlərin tez və asan yaradılması üçün çox sayda funksiyalara malikdir.

Beleliklə başlayaq. Word mətn redaktorunu yükləmək üçün işçi stolun “Пуск” düyməsini basdıqdan sonra açılan pəncərədən “Программы” bəndindən Microsoft Word seçərək yerinə yetirilmə verilir. Yükləməni işçi stoldakı proqrama uyğun piktoqramdan və kontekst menunun Word sənədinin işarəsindən də yükləmək olar.

Word redaktə sahəsindən, sənədin başlıq sətrindən, menyu sətrindən, lentadan, bıstrıy dostup panelindən, sürüşdürmə zolaqlarından, sol və yuxarı hissədə ölçü xətkeşlərindən və vəziyyət sətrindən ibarətdir. Pəncərənin yuxarısında yerləşən başlıq sətri bütün Windows pəncərələrində olduğu kimi redaktə olunan faylın adından, pəncərənin adı sahəsindən, həmçinin pəncərəni idarə edən 3 düymədən ibarətdir. Başlıq sətrindən sonra menyu bölmələrindən ibarət olan menyu sətri yerləşir. Hər hansı 1 menyu bölməsinin seçilməsi mausun göstəricisinin müvafiq bölməyə yaxınlaşdırılması və mausun sol düyməsinin basılması ilə həyyata keçirilir. Hər seçilmiş menyuya uyğun olaraq lenta da dəyişir. Pəncərənin əsas sahəsini bir qayda olaraq redaktə ediləcək sənədi göstərən işçi sahəsi tutur. Ekranın aşağıdakı sətri proqramın vəziyyət sətri adlanır. Onun üzərində Wordün mətn haqqında məlumatı görsənir. Burada səhifə, sətir, səhifələrin sayı, sütun və yerinə yetirilən əməliyyat haqqında məlumat verilir. Vəziyyət sətrinin ekranda əks olunmasını idarə etmək üçün kursoru panelin üzərinə gətirib sag düyməni basırıq, çılan əlavə menyudan istifadə edirik. Sənədə baxış rejimlərinin idarə edən düymələr: Bu düymələrə üyğun “Обычный”, “Електронный документ”, “Разметка страницы” , “Структура”, “черновик” rejimlərinə keçid təmin olunur.

Word standart menyudan başqa kontekst-asılı dinamik menyu da təqdim edir. Belə ki, kontekst menyu mausun sağ klavişini basmaqla çağırılır.

Dediyimiz kimi word proqramının MS office paketinə daxil olan digər proqrammlarda olduğu kimi, istifadəçi interfeysinin əsas elementini lent təşkil edir. Lentin köməkliyi ilə lazımı komandaları tez tapmaq və onunla rahat işləmək olur. Lentdəki alətlər panelini pozmaq və ya başqası ilə əvəz etmək, və ya köhnə versiyadakı menyularla əvəz etmək mümkün deyil. Lakin, işçi sahəni böyütmək üçün lenti qatlamaq mümkündür. Bunun üçün bistriy dostup panelinin nastroykası düyməsinə basın açılan menyudan “свернуть ленту” əmrini seçirik. Lent qatlanacaq, əsas menyunun adları isə qalacaq. Qatlanmış vəziyyətdə lentdən istifadə etmək üçün əsas menyudan bizə lazım olan vkladkanı seçirik və oradan istifadə etmək istədiyimiz parametr və ya əmri seçirik. Parametr və ya əmri seçdikdən sonra lent özü yenidən qatlanacaqdır. Lenti yenidən menyunun interfeysinə qaytarmaq üçün yenidən bistriy dostup panelinin nastroykası düyməsinə basırıq açılan menyudan “развернуть ленту” əmrini seçirik. Lenti qatlayıb və açmanın başqa bir yolu da vardır. Sadece olaraq aktiv vkladkanın üzərində mausu 2 dəfə klik edin və gördüyümüz kimi lent qatlandı, istənilən əmri istifadə edək.. və gördüyümüz kimi lent yenidən qatlandı. Lenti açmaq üçün isə yenədə aktiv vkladkanın üzərində mausun sağ düməsini 2 dəfə klik etmək kifayətdir. Lenti qatlayıb-açmanın üçüncü üsulu isə CTRL+F1 klavışlərinin kombinasiyası vasitəsilə baş verir. Hər vkladkanın lentinə daxil olan alətlər daimi və dəyişməzdir, lentə hər hansı bir elementi əlavə etmək və ya pozmaq mümkün deyil. Lentin xarici görünüşü onun enindən asılıdır – nə qədər enli olarsa bir o qədər lentdəki elementlər dolğun yerləşəcəkdir. Bunu yoxlamaq üçün redaktorun divarından sola doğru çəkək və gördüyümüz kimi lentin eni azaldıqca elementlər qatlanır və əks olunmur. Lakin bu elementlərin qruplaşaraq qatlanır və qruplar daim lentdə əks olunur və bizə lazım olan elementi istifadə etmək üçün həmin qrupun üzərinə klik edirik və qatlanmış elementlər əks olunur və bizə lazım olan əmri seçə bilərik. Bir şeyi nəzərinizə çatdırımki əgər redaktorun eni 300 nöqtədən az olarsa o zaman vkladkaların adı və lent əks olunmayacaqdır.

Hansısa vkladkaya keçmək üçün onun üzərinə bir dəfə klik etmək kifayətdir. Hər vkladka icra edilən işin növünə uyğun olaraq qruplaşdırılıb və hər vkladka icra edilən işin ardıcıllığına uyğun sıralanıb. Məslən “qlavnaya” vkladkası redaktor açılan kimi susmaya görə seçilmiş olur və orada sənədin ilkin yığımı zamanı, redaktə və mətni formatlaşdırma zamanı lazım olan əməliyyatlar qrupu yer alıb. Redaktorun özəlliklərindən biri də odurki - məsələn əgər sənəddə cədvəl, diaqram , şəkil və s. vardırsa o zaman onları seçərkən lent avtomatik olaraq onlara uyğun vkladkada yerləşən lentə avtomatik olaraq özü keçir.

Bir çox hallarda siyahı şəklində açılan düymələri açmadan menuyun məzmunu qeyd edilən yerdə bir dəfə klik edib, məzmununda lazım olan parametrləri klaviaturadan daxil edib ENTER düyməsini basmaq kifayətdir. Sayğaclardan hər hansı bir parametrlərin rəqəmli məzmununu qeyd etmək üçün istifadə edilir. Parametrləri dəyişmək üçün sayğacın yuxarı və aşağı oxlarından istifadə edilir.

Burada həmçinin sayğacın məzmununu klaviaturadan da daxil edib ENTER düyməsini basmaq və ya sadəcə sayğacın məzmunun üzərinə klik edib klaviaturadan yuxarı və ya aşağı klavişlərini sıxmaqla da parametrləri qeyd etmək olar.


Əfqanoğlu