• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.İnterval

İnterval

Sətrlərarası interval abzasdakı sətrlər arasındakı şaquli intervalın verilməsi üçündür. Sətrləarası intervallar adətən sətrlərdəki şriftlərin ölçüsünə uyğun olaraq ölçüsü olur. Beləliklə sətrlər arası intervalların ölçüsü şriftlərin ölçüsündən asılı olur.

Sətrlərarası intervalı qeyd etmək üçün abzas seçilir və “Главная” vkladkasında “Абзац” qrupundakı “Междустрочный интервал” düyməsi sıxılır. Açılan siyahıdan lazımı əmr seçilir. Bu zaman öncədən baxış rejimi işləmir. Adətən sətrarası interval 1,5-2,0 kimi qeyd edilir. Susmaya görə isə sətrarası interval 1.15 kimi ğlçüdə olur. Sətrlərarası intervalın daha geniş parametrlərindən istifadə etmək üçün “Абзац” dialoq pəncərəsinin “Отступы и интервалы” vkladkasından istifadə etmək lazımdır. Bir və ya neçə abzası seçin, “Интервал” bölməsində “междустрочный” açılan siyahıdan intervalın tipini seçin. Sağ tərfdəki sayğaca isə lazım olan məzmunu daxil edin. Sətrarası interval sətrlərin sayı ölçüsü ilə verilə bilər – “Одинарный” – bir sətr, “1,5 строки” – sətryarım, “Двойной” (double) – iki sətr, və “Множитель”. “Множитель” rejimini qeyd etdikdə sayğacın məzmununda sətrlərin sayını qeyd etmək lazımdır. Bununla yanaşı onu da qeyd edimki sətrin sayı yəni ölçüsü 0.01 sətir ölçüsü dəqiqliyində də verilə bilər. Bütün bu hallarda sətrlərarası intervalda bu ölçü şriftin növünün ölçüsündən asılıdır. Məsələn 14pt ölçülü şriftə “Одинарный” interval tipi verilərsə o zaman bu intervalın da ölçüsü 14 pt olacaqdır , “1,5 строки” tipində isə 21 pt. Intervalın sazlanması sənədin səhifəyə olan parametrlərinə podqonka etmək üçün də istifadə edilir. Məslən A4 formatlı sənəddə yuxarıdan və aşagıdan 2sm lik sahə qeyd olunarsa o zaman həmin səhifədə 12 pt ölçü ilə qeyd edilmiş “Одинарный” interval tipi ilə 52 sətr mətn yerləşər. Bu zaman 0.97 intervalı ilə ölçü verilərsə o zaman belə səhifədə 54 sətrlik mətn yerləşdirmək mümkündür. bu zaman sətrlər arasındakı interval 0.13mm fərq yaranacaqdır. Bu isə hüç cür seçilməyəcəkdir.

“Точно” tipini qeyd etdikdə sayğacda məzmuna interval qeyd edilir. Burada 0.05 pt ölçüyədək dəqiqliklə ölçü vermək olar. Susmaya görə ölçü vahidi burada pt ilə qeyd edilir. Lakin, bunu sm və mm ilə də qeyd etmək mümkündür. bunun üçün məzmunda ölçü qeyd edilir daha sonra isə probel işarəsi qoyularaq “см” və ya “мм” qısaltmaları qeyd edilir.

“Минимум” interval tipi qeyd edildikdə isə sayğacda intervalın buraxıla bilən minimum ölçüsü qeyd olunur. Susmaya görə ölçü vahidi burada pt ilə qeyd edilir. Lakin, bunu sm və mm ilə də qeyd etmək mümkündür. bunun üçün məzmunda ölçü qeyd edilir daha sonra isə probel işarəsi qoyularaq “см” və ya “мм” qısaltmaları qeyd edilir.

Abzaslar arasındakı intervallar sətrlərarası intervallardan böyük ola bilər. Intervalların ölçüsü mətnin oxunuşunu asanlaşdırır. Susmaya görə abzaslar arasında interval abzasa qədər və abzasdan sonra 1pt artıq olur. Böyüdülmüş intervallar başlıqlar üçün də qeyd edilir.

Abzaslar arsındakı intervalları “Разметкастраницы” vkladkasının “Абзац” qrupundakı “Интервал” sayğaclarında sazlamaq rahatdır. Bunun üçün bir və ya bir neçə abzas seçin, “Интервал” sayğaclarında lazımı intervalı – birinci sayğacda abzasdan əvvəlki intervalı alt sayğacda isə abzasdan sonrakı intervalı qeyd edin. Susmaya görə ölçü vahidi burada pt ilə qeyd edilir. Lakin, bunu sm və mm ilə də qeyd etmək mümkündür. bunun üçün məzmunda ölçü qeyd edilir daha sonra isə probel işarəsi qoyularaq “см” və ya “мм” qısaltmaları qeyd edilir. Abzaslar arası intervalları həmçinin “Абзац” dialoq pəncərəsinin “Отступы и интервалы” vkladkasının “Интервал” bölməsindəki “Перед” və “После” sayğacları ilə qeyd etmək mümkündür. Abzaslardan əvvəl və sonrakı intervalları pozmaq üçün isə “Главная” vkladkasında “Абзац” qrupundakı “Междустрочный интервал” açılan siyahısından “Udalit interval ” əmri seçilir.


Əfqanoğlu