• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Kolontitullar

Kolontitullar

Kolontitullar səhifənin yuxarı, aşağı, sağ və sol hisəllərindəki boş sahələrdir. Bu sahələr çapa verilməyən sahələrdir. Çapa verilməyən sahələr olsa da bu o demək deyilki orada hansısa qeydiyyatın aparılması mümkün deyildir. Kolontitullara hər hansı bir mətn, cədvəl və ya qrafik element daxil etmək olar. Məsələn kolontitullara səhilərin nömrəsini, tarixi, vaxt yəni saatı, kompaniyanın emblemini, sənədin adını, faylın adını və s. bu kimi qeydiyyatın aparılması mümkündür.

Sənəd tək səhifədən yox, bir neçə səhifədən də ibarət ola bilər. Sənəddə bütün səhifələrin kolontitulları eyni ola bilər. Lakin ayrı ayrı səhifələrdə fərqli kolontitullar da yaratmaq mümkündür. Tutaqki bütün səhifələrin kolontitullarını eyni saxlayıb baş səhifənin kolontitulunu digər səhifələrdən fərqli etmək mümkündür. Və yaxud tək və cüt səhifələrin fərqli kolontitullarını da vermək olar. Siz həmçinin bütün səhifələrdə hər birinə ayrılıqda fərqli kolontitullar da verə bilərsiniz.

Kolontitulları siz müstəqil şəkildə özunüz yarada və ya proqramın sizə təklif etdiyi standart bloklar kolleksiyasından da istifadə edərək yarada da bilərsiniz.

Kolontitullar Wordde yalnız “Разметка страницы” rejimində və öncədən baxış rejimində əks olunur. Eyni anda sənədin əsas hissəsi və kolontitullarla işləmək mümkün deyil. Kolontitul yaratmaq və ya mövcud kolontitulu redaktə etmək üçün səhifənin yuxarı və ya aşağı sahəsində mousun sol düyməsini 2 dəfə klik edin. Bu zaman Wordün xüsusi vkladkası açılacaqdır – “Работа с колонтитулами/Конструктор” vkladkası.

Yuxarı və ya aşağı kolontitullara keçmək üçün həmçinin başqa səhifənin kolontitullarına keçmək üçün “Работа с колонтитулами/Конструктор” vkladkasının “Переходы” qrupundakı düymələrdən istifadə etmək və ya sadəcə olaraq sənədi sürüşdürmə düyməsi vasitəsilə sürüşdürmək lazımdır. Kolontitulların hündürlüyü isə eyni vkladkadakı “Положение” qrupunda yerləşən sayğaclar vasitəsilə qeyd edilir. Sayğaclarda məsafə sehifənin kənarından kolontitula qədər olan hissəsi qeyd edilir. Məsələn əgər yuxarı sahənin ölçüsü 2sm qeyd edilibsə sayğacda isə 1.25sm qeyd olunubsa o zaman kolontitulun hündürlüyü 0.75 sm-dir. əgər kolontituldakı məlumat yəni verilən kolontitulun hündürlüyünü aşırsa o zaman sahənin ölçüsü dəyişməz qalır, lakin üst kolontitulla işləyən zaman səhifədəki mətn aşağıya doğru, aşağı kolontitulla işləyən zaman isə səhifədəki mətn yuxarıya doğru sıxılacaqdır.

Kolontitullarla işi bitirmək üçün yəni sənədlə adi iş rejiminə qayıtmaq üçün ESC klavişini və ya “Закрыть окно колонтитулов” düyməsini sıxmaq lazımdır.

İndi isə kolontitulları yaratmağı və onlarla işləməyi öyrənək. Kolontitul yartamaq üçün “Вставка” vkladkasındakı “Колонтитулы” qrupundan yuxarı kolontitul yaratmaq üçün “Верхний колонтитул” və ya aşağı kolontitul yaratmaq üçün isə “Нижний колонтитул” düyməsini sıxın. Bu zaman açılan səhifədən sizə uyğun olan təklif edilən kolontitullardan birini seçin.

Buradakı podskazkaların yerinə daxil edilməli olan mətni daxil edin. Yəni mətn buradakı podskazkalrın məzmununa uyğun gəlməsi şərt deyil, sizə lazım olan verilənləri daxil edin. Kolontitulun qeydiyyatını da redaktə edə və ya lazım olmayanı poza bilərsiniz. Mətndən əlavə cədvəl və qrafik obyekt də daxil etmək mümkündür. Bu standart kolontitulun daxil edilməsi idi. Indi isə müstəqil olaraq kolontitul yaradılmasına baxaq. Beləliklə kolontitul yaratmaq istədiyiniz sahədə ya yuxarı ya dakı aşağı sahədə mausun sol düyməsini 2 dəfə klik edin. Kolontitulun sahəsinə lazımı veriləni – yəni mətn, cədvəl və ya qrafik obyekti əlavə edin. Lazımı təqdirdə kolontitulun qeydiyyatını da əlavə edin. Müstəqil yaradılan kolontitulu siz həmçinin gələcək istifadə üçün yəni hər dəfə yenidən eyni bu cür kolontitulu yaratmağa vaxt itirməmək üçün onu standart kolontitullara kolleksiyasına da əlavə edə bilərsiniz. Bunun üçün kolontitullarla iş rejimində kolontitulu qeyd edin sonra isə “Работа сколонтитулами/Конструктор” vkladkasındakı “Колонтитулы” qrupunda yuxari və ya aşağı kolontitul düyməsinə sıxın və açılan siyahıdan “Сохранить выделенный колонтитул в коллекциюверхних” və ya aşağı kolontitulu seçmisinizsə “нижних колонтитулов” əmrini seçin. “Создание новогостандартного блока dialoq pəncərəsində yadda saxlanılacaq standart blokun adını yazıb OK düyməsini sıxın.

Indi isə ilk səhifə və həmçinin cüt və tək səhifələr üçün fərqli kolontitulların yaradılmasına baxaq. Bunun üçün “Работа с колонтитулами/Конструктор” vkladkasında “Параметры” düyməsini sıxın və açılan menudan müvafiq bayrağı qeyd edin. Bundan sonra isə bütün lazımı kolontitulları qeyd edin.

Kolontitullarda nəsə dəyişiklik etmək üçün isə kolontitulları əks etdirən rejimə keçin və lazımı dəyişiklik edin.

Kolontitulları pozmaq üçün isə yaradılması qaydasından asılı olmayaraq “Вставка”vkladkasındakı “Колонтитулы”qrupunda olan “Верхний колонтитул”düyməsini sıxın və açılan menudan “Удалить верхний колонтитул” əmrini seçin. Aşağı kolontitulu da analoji olaraq pozmaq mümkündür.


Əfqanoğlu